Pulsuz dərman almaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan vətəndaşlar ödənişsiz dərman preparatları ilə təmin olunurlar. Dövlət tərəfindən verilən dərmanları pulsuz almaq istəyənlər adiyyəti qurumlara müraciət etməlidir. Ölkə ərazisində kimlərin pulsuz dərman almaq hüququna malik olduqlarını müəyyənləşdirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, stasionar müalicə və təcili…

Kollec tələbələri əsgərliyə aparılmayacaq?

“Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik”. Bunu  elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: “Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli…

Yaponiyada zəlzələdə xəsarət alanların sayı artdı

Yaponiyanın şərqində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı səkkiz nəfərə çatıb. Bundan əvvəl zərərçəkənlərin üç nəfər olduğu deyilirdi. Zəlzələnin episentri Çiba prefekturasının Kisarazu şəhəri yaxınlığında yerləşib. Hadisə şahidlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində binalara ziyan dəyib, evlərin damından kirəmitlər düşüb, pəncərələr sınıb, bəzi binalarda liftlər dayanıb. Yaponiya Meteorologiya Agentliyi ehtiyatlı olmağa çağırıb, çünki afterşoklar…

Azərbaycan taekvondoçuları Avropa Multi Oyunlarında medal qazanıblar

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multi Oyunlarında 3 medal qazanıblar. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığmanın heyətində 48 kq çəki dərəcəsində Məhəmməd Həsənli gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) yarışı bürünc mükafatla bitiriblər. Bu gün yeniyetmə taekvondoçular yarışacaqlar. Milli bu yarışda…

Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib

Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı ötən ilin eyni dövrünə nisbətən 11,4% artaraq 901 manat olub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əməkhaqqı 47 manat artıb. Üç…

“Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” ilinin mərasimi keçirilib

Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirilib. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a…

Prezident MDB ölkələri ilə imzalanmış protokolu təsdiq edib

Prezident İlham Əliyev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Bununla bağlı President.az məlumat yayıb. Qanuna əsasən, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında…

Pakistanın keçmiş baş naziri İmran Xan azadlığa buraxılıb

Ali Məhkəmə keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanı girov müqabilində azad edib. Bu barədə İslamabad Ali Məhkəməsinin qərarında bildirilir. Qeyd edək ki, dünən Pakistan Ali Məhkəməsi İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib və siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib. Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən…

76 metrlik asteroid sürətlə Yerə yaxınlaşır

2023 HT4 adlı 76 metrlik asteroid böyük sürətlə Yerə yaxınlaşır. O, mayın 12-də planetimizə mümkün qədər yaxınlaşacaq. Bu barədə NASA məlumat yayıb. Məlumata görə, 2023 HT4 asteroidi 32 184 km/saat sürətlə hərəkət edir. Bu göy cismi planetimizdən təxminən 6,08 milyon km məsafədən keçəcək. Alimlər onun uçuş trayektoriyasını da müəyyənləşdirilblər. Qeyd edək ki, NASA Yerə 7,5…

Rusiyalı hərbiçini pilotsuz aparat vasitəsilə girov götürdülər – Video

Rus işğalçısı  pilotsuz uçan aparata təslim olub. Bu, mayın 9-da Baxmut yaxınlığında baş verib. 92-ci İvan Sirko briqadasının “Axilles”  pilotsuz uçuş sistemləri  komandiri Yuri Fedorenko Telegram-da bildirib. “Baxmut: Mayın 9-da Ukrayna Silahlı Qüvvələrinin mərhəməti. Pilotsuz uçuş aparatı  onu bombalamamağı xahiş edən bir rus hərbçisini aşkar etdi. Komandamız ona kopter ilə qeyd göndərdi,  təslim ol və…