“20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib. “Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə diplomat bildirib.    

Azərbaycan Ermənistana qarşı yeni iddia qaldırdı

18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb…

Çin lideri həyəcan təbili çaldı

Çin Xalq Respublikasının sədri Si Cinpin yeni Ay ili ərəfəsində çinlilərin ölkə ətrafında saysız-hesabsız səyahət etmələri səbəbindən ölkənin kənd yerlərində COVID-19-un yayılmasından narahatlığını ifadə edib. Bu, Çin rəhbərinin səhiyyə sahəsində böhranın artması ilə bağlı birbaşa etirafıdır. O bildirib ki, Çin pandemiyaya cavab tədbirlərinin yeni mərhələsinə başladığı üçün indi onu ilk növbədə əsas kənd yerləri və…

“Nüvə dövlətinin adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər”

“Nüvə gücləri böyük münaqişələrdə məğlub olmayıblar”. Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasətçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı səsləndirdikləri fikirləri şərh edib. Medvedev bu barədə öz “Twitter” hesabında paylaşım edib. “Davosda siyasətçilər təkrarlayırdılar ki, sülh əldə edilməsi üçün Rusiya uduzmalıdır. Onların heç biri…

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar”

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: “Bələdiyyə sədrləri qanunvericiliyi bilmirlər. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər”. Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur: “Belə olanda bələdiyyələrin işi…

Zelenski Brovari faciəsi haqqında

Prezident Vladimir Zelenski yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində baş vermiş faciənin araşdırılmasının davam etdiyini açıqlayıb. Hüquq-mühafizə orqanları bir neçə versiyanı nəzərdən keçirir. “Platform4.news” yazır ki, o, bu barədə Davosda Ukrayna səhər yeməyində çıxışı zamanı bildirib. “Dünənki faciəyə gəlincə, araşdırma aparılır. Bir neçə fərqli versiya var. Hesab edirəm ki, bu gün istintaq bitənə qədər bu…

ABŞ hökuməti Konqresə Türkiyəyə F-16-ların satışına dair sorğu göndərib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib. Bunu çərşənbə axşamı Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi müntəzəm mətbuat brifinqində təsdiqləyib. ABŞ ordusunun sözçüsü Vaşinqtonun Ankaraya F-16-ların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib: “Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim.…

Dneprdə raket zərbəsindən dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdı

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində 44 nəfər həlak olub. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yekunlaşıb. Ölənlər arasında beş uşaq var. Ən kiçik oğlanın heç yaşı tamam olmayıb. 39 nəfər xilas edilib.

Putin Rusiya ordusunun şəxsi heyətinin 1,5 milyon nəfərə çatdırılması qərarını təsdiqləyib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin sayının 1,5 milyon hərbçiyə çatdırılması barədə qərar qəbul edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun rəhbəri Sergey Şoyqu bildirib ki, Moskva və Leninqrad hərbi dairələri, habelə müvəqqəti işğal olunmuş ərazilərdə özünü təmin edən qoşun qrupları (qüvvələr) yaradılacaq. Kareliyada bir ordu korpusunun, Quru Qoşunlarının tərkibində üç motoatıcı…