NATO-nun baş katibi vəzifəsindən nə vaxt gedəcəyini açıqladı

NATO-nun baş katibi Yens Stoltenberq payızda vəzifəsini tərk edəcəyini bildirib. O, NATO-nun baş katib postuna layiqli şəxsin tapılacağına ümid etdiyini deyib. Stoltenberq alyans üzvlərinin xahişi ilə bu vəzifədə qalması barədə deyilənləri yanlış adlandırıb. Siyasətçi qeyd edib ki, hələ baş verənlər barədə spekulyasiya etmək niyyətində deyil. “Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımının təmin olunmasına yönəldirəm”, –…

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti Səhiyyə Nazirliyinə verildi

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb. Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində…

Cozep Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. Bu barədə Aİ-nin baş diplomatı “Twitter” hesabında məlumat verib. “Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri…

“İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

İsrail İranın nüvə silahı yaratmasına və Tehranın Suriyada möhkəmlənməsinə imkan verməyəcək. Bu bəyanatla bazar günü İsrail hökumətinin həftəlik iclasında yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu çıxış edib. “Biz İranın nüvə silahı əldə etməsinə və onun şimal sərhədimizdə (Suriyada – red.) möhkəmlənməsinə imkan verməyəcəyik. Biz xalqımızı qorumaq üçün hər şeyi edirik və edəcəyik, bizə qarşı istənilən…

İsveç Türkiyə ilə razılaşmanın bir hissəsi olaraq terrorizm qanunu ilə bağlı qərar verəcək

İsveçin baş naziri Ulf Kristersson Türkiyə ilə razılaşmaların həyata keçirilməsi çərçivəsində yeni terrorla mübarizə qanunu ilə bağlı qərarın martın 2-də veriləcəyini bildirib. O, qeyd edib ki, İsveç Türkiyə ilə imzaladığı təhlükəsizlik memorandumunun bütün bəndlərini yerinə yetirib. Baş nazir son addımın martın 2-də İsveç hökumətinin yeni antiterror qanunu ilə bağlı qərar verəcəyi zaman atılacağını bildirib. Xatırladaq…

Şimali Koreya ABŞ-nı vura biləcək raketini nümayiş etdirib

Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanışı çərçivəsində həyata keçirilib. Raket 67 dəqiqə ərzində 989 km uçub və sonra Yapon dənizinə düşüb. Onun maksimal uçuş hündürlüyü 5,77 min km olub. Nəzəri cəhətdən belə bir raket ABŞ-yə çata bilər. Raketin buraxılışı fonunda…

“Ukrayna artıq Avropanın bir hissəsidir”

Ukrayna artıq Avropanın bir hissəsinə çevrilib. Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell jurnalistlərə bildirib. Onun sözlərinə görə, indi “bu qərarı rəsmiləşdirmək” lazımdır. Xatırladaq ki, keçən il fevralın 29-da Ukrayna dövlət başçısı Volodimir Zelenski Birliyə üzvlük üçün ərizə imzalayıb. İyunun 23-də Brüsseldə keçirilən sammitdə bu sənəd təsdiqlənsə də, Kiyev qarşısında korrupsiyaya qarşı islahatlar da daxil…

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir. Bu, bizim milli maraqlarımız üçün çox vacibdir. Hazırda bu məsələnin həlli istiqamətində işlərimiz davam edir”. Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib. A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir. “F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib.…

“Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, sülh danışıqları daha 28 il davam edəcəkdi”

“Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib. “Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh…

Prezidentin jurnalistlərlə maraqlı dialoqu

“Çoxlarınız “kokeyşn büro” haqqında fikirlər gözləyirdiniz”. Bunu Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Prezident bildirib: “Əlbəttə, çoxlarınız mən bilirəm ki, “kokeyşn büro” haqqındda bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərdən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi. Çünki bilirsiniz,…