Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Türkiyəyə çatdı

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Bu barədə  Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı…

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün…

“Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb”

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.…

Kiyevdə soydaşlarımız Türkiyə səfirliyinə başsağlığı verib

Kiyev şəhərində yaşayan Azərbaycan icması  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib. Ukrayna azərbaycanlılarının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Ukraynadakı  səfirliyini ziyarət edib. Ziyarət zamanı Kiyev  şəhərində  yaşayan azərbaycanlıların adından səfirliyin binasının önünə  gül dəstələri qoyulub, həlak olanların xatirəsi ehtiramla yad edilib, yaralıların…

“Gələcəkdə eskalasiya gözlənilməz həddə çıxa bilər”

“ABŞ və müttəfiqləri Ukraynadakı münaqişəni mümkün qədər uzatmağa çalışırlar”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi qurumda keçirilən konfransda deyib. “Ukraynanı açıq şəkildə bizim ərazilərimizi ələ keçirməyə çağırır, onlara ağır hücum silahları tədarük edirlər”, – deyə Şoyqu əlavə edib. Nazirin sözlərinə görə, bu cür addımlar NATO ölkələrini münaqişəyə cəlb edir və gələcəkdə eskalasiyanın gözlənilməz həddinə…

“Azərbaycanla Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır”

“Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab edir”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib. “Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur. 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. 1992-ci il…

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb. Bu barədə FHN məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar,…

Xaricdə yaşayan soydaşlarımızın diqqətinə

Platform4.news Azərbaycan Diasporuna Dəstək Fondunun müraciətini təqdim edir. Əziz soydaşlar, dəyərli həmvətənlər. Azərbaycan Diasporuna Dəstək Fondu olaraq Türkiyə Respublikasının müxtəlif şəhərlərində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş, içərisində çoxsaylı azərbaycanlıların da olduğu əhaliyə humanitar yardımın göstərilməsini planlaşdırırıq. Fond olaraq dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımızı da bu nəcib işə dəstək verməyə dəvət edirik. Gəlin Azərbaycan-Türkiyə…

“İsrailin Ukraynaya silah tədarükü məsələsi araşdırılır”

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsi araşdırılır. “Silah tədarükü məsələsi İsrailin əvvəlki hökuməti tərəfindən nəzərdən keçirilib və rədd edilib. Mən bu mövzunu araşdırıb məqbul hesab etdiyim cavabı verəcəyəm”, – Netanyahu Fransanın LCI telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, qərar İsrailin milli maraqları nəzərə alınmaqla veriləcək. O, həmçinin əlavə edib…

Kanada “Leopard 2” əsas döyüş tanklarını Ukraynaya göndərdi

“Kanadanın Ukraynaya göndərdiyi ilk “Leopard 2” əsas döyüş tanklarını daşıyan təyyarə Halifax şəhərində yola düşdü”. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter”də məlumat verib. “Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan avadanlıqla təmin etməyə davam edəcəyik”, – Kanadanın milli müdafiə naziri qeyd edib.