Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb

Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb. Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterreşin sədrliyi ilə 22 iyul 2022-ci ildə imzalanan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin səyilə ərzaq məhsullarının Ukrayna limanlarından…

Çində COVID bir ayda 60 min nəfərin ölümünə səbəb olub

Çin səlahiyyətliləri 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19-dan 59 938 nəfərin öldüyünü müəyyən ediblər. Eyni zamanda, onlardan 5500-ə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib. Təxminən 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri daha da ağırlaşdırıb. Ölənlərin orta yaşı 80-ə yaxın olub.…

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.  

Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub

“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb: “Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr,…

Səbuhi Abbasov: İnformasiya sorğusunun təqdim olunmasının hüquqi xüsusiyyətləri

İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir. Bu baxımdan dinamik inkişaf edən cəmiyyətimizdə hər bir vətəndaşı müxtəlif ictimai münasibətlərə girərkən maraqlandıran, onun hüquq və qanuni mənafeləri ilə əlaqəli olan informasiyaların əldə olunması tələbatı…

Polşa Ukraynaya “Leopard” tankları verəcək

Prezident Vladimir Zelenski Lvovda polşalı həmkarı Anjey Duda və litvalı həmkarı Gitanas Nauseda ilə görüşüb. Görüşdən sonra Duda Polşanın beynəlxalq koalisiyanın tərkibində Almaniya istehsalı “Leopard” ağır tanklarından ibarət bir bölüyü Ukraynaya təhvil verəcəyini açıqlayıb. Xatırladaq ki, Böyük Britaniyanın “Challenger 2” tanklarını Ukrayna Silahlı Qüvvələrinə ötürə biləcəyi ilə bağlı məlumatlar fonunda Polşa və Fransa Ukraynaya “Leopard”…

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Niderlandda fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin Nümayəndələr (Aşağı) Palatasına müraciət edib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin adından Niderland parlamentinin Nümayəndələr Palatasının sədri Vera Berqkampa ünvanlanan məktubda bu ölkədə yaşayan 15 minlik azərbaycanlı icmasının Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsi və aşağı palatanın bu məsələdə nümayiş etdirdiyi birtərəfli, qərəzli mövqeyi ilə əlaqədar narahatlığı diqqətə…

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib. Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq,…

Rusiya XİN Paşinyanı reallığa çağırdı

“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir. Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş…