Prezident Vladimir Zelenski yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində baş vermiş faciənin araşdırılmasının davam etdiyini açıqlayıb.
Hüquq-mühafizə orqanları bir neçə versiyanı nəzərdən keçirir. “Platform4.news” yazır ki, o, bu barədə Davosda Ukrayna səhər yeməyində çıxışı zamanı bildirib.
“Dünənki faciəyə gəlincə, araşdırma aparılır. Bir neçə fərqli versiya var. Hesab edirəm ki, bu gün istintaq bitənə qədər bu versiyalar barədə danışmaq səlahiyyətim yoxdur”, – prezident deyib.
Ukrayna Təhlükəsizlik Xidməti faciənin üç versiyasını araşdırır: uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və qəsdən məhv edilməsi.