“Rusiya qoşunlarının 20%-i məhv edilib”

Rusiya ordusu artıq Ukraynada döyüşlərdə iştirak edən bölmələrinin beşdə birini itirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millli ilə telefon danışığı aparıb. Hərbçilər Ukraynadakı müharibədə Rusiya qoşunlarının itkiləri ilə bağlı hesablamaları dəqiqləşdiriblər. Zalujnı Milliyə və Amerika vətəndaşlarına Ukrayna xalqının, eləcə də ümumi dəyərlərin…

Baş Qərargah Rusiya işğalçılarının Ukraynadakı itkiləri ilə bağlı məlumatları yeniləyib

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 41 030 hərbçisini itirib. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4011 zirehli döyüş maşını, 932 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava…

Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində…

Yaponiyada vulkan püskürdü – VİDEO

Yaponiyanın Kyuşu adasında Sakuradzima vulkanı püskürüb. Bu barədə ölkənin baş meteorologiya xidməti məlumat yayıb. Vulkan 2,5 kilometr hündürlüyə kül atıb. Yaxınlıqdakı Kaqoşima şəhərində təhlükə səviyyəsi maksimuma qaldırılıb. Meteoroloqlar kraterdən üç kilometr radiusda iri vulkanik süxurların düşmə riski barədə məlumat veriblər.  

“Ukrayna hər gün 30 hərbçisini itirir”

Ukrayna ordusunun gündəlik itkiləri təxminən 30 ölü və 250 yaralı təşkil edir. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü “The Wall Street Journal”a müsahibəsində deyib. Nəşrin məlumatına görə, dövlət başçısı may və iyun aylarında öldürülən ukraynalı hərbçilərin daha çox – gündə 100-200 nəfər olduğunu bildirib.

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb. “Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları…

Ukraynada öldürülən iki rusiyalı zabitin fotoları yayılıb

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun daha iki zabitinin öldürüldüyünü açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat yayıb. “Düşmənin motoatıcı rotasının komandiri, baş leytenant Ondar Arjaan və leytenant Kirill Oleniç Ukrayna ərazisində məhv edilib”, – Anatoli Ştefan qeyd edib. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, fevralın 24-dən etibarən Rusiya…

Ukrayna həftə ərzində bir metr belə torpaq itirməyib

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bəyan edib ki, Ukrayna bir həftədir ki, bir metr torpaq belə itirməyib. Eyni zamanda, işğalçılar Ukraynaya raket zərbələri endirməkdə davam edirlər. Həftə ərzində ölümcül mərmilərin demək olar ki, 30%-i mülki infrastruktura dəyib.

Ukrayna ordusu Xersonda bazanı vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun nəzarətində olan Xerson vilayətinin Novaya Kaxovka şəhərində hərbi bazaya hücum edib. Ukrayna silahlılarının HIMARS raketləri ilə endirdiyi zərbə Rusiya generalını və daha beş zabitini məhv edib. Eyni zamanda, 150-yə yaxın rusiyalı hərbçi öldürülüb.