Prezident 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib. Bu barədə Prezident.az məlumat yayıb. Qanuna əsasən, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285 000 manat, xərclər 27 422 420 200 manat məbləğində olmaqla təsdiq edilib. Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi barədə fərman da imzalayıb.

“Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir”

“Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya ilkin olaraq İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunub, bundan xəbərdardır və…

“Vinnitsaya hücum Rusiyanın Ukraynaya görə məsuliyyəti mövzusunda konfrans zamanı olub”

“Vinnitsaya zərbə Haaqada Rusiya Federasiyasının Ukrayna ərazisindəki cinayətlərə görə məsuliyyəti mövzusunda keçirilən konfrans zamanı baş verib”. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb. “Haaqada Vopke Hoekstranın (Hollandiyanın xarici işlər naziri – red.) rəhbərliyi ilə Məsuliyyət üzrə Konfrans keçirilərkən Rusiya daha bir hərbi cinayət törətdi. Vinnitsaya raket hücumunun qurbanları arasında ən azı bir uşaq həlak…

Latviya Rusiya qazının tədarükünü qadağan edir

Latviya Seymi ölkənin Enerji Qanununa 2023-cü il yanvarın 1-dən Rusiyadan təbii qazın tədarükünə qadağa qoyulmasını nəzərdə tutan düzəlişləri təsdiqləyib. Belə bir addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq atılıb. İyulun 14-də Latviya hökuməti sovet və nasist rejimlərini tərənnüm edən 69 abidənin, xatirə obyektinin və memorialın sökülməsinə dəstək verib. Müvafiq qanun (“Latviya Respublikasının ərazisində sovet və…

Lapid və Bayden “Qüds Bəyannaməsi”ni imzaladılar

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iyulun 14-də “Qüds Bəyannaməsi”ni imzalayıb və birgə mətbuat konfransı keçirib. Sənədin tam adı “ABŞ-İsrail strateji tərəfdaşlığına dair Qüds Bəyannaməsi”dir. Mətni İsrail hökuməti başçısının ofisi tərəfindən yayılan bu sənədlə Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqliyini, düşmənlərin qarşısını almaq və istənilən təhlükədən və ya təhdidlərdən qorunmaq üçün hərbi…

Ukrayna həftə ərzində bir metr belə torpaq itirməyib

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bəyan edib ki, Ukrayna bir həftədir ki, bir metr torpaq belə itirməyib. Eyni zamanda, işğalçılar Ukraynaya raket zərbələri endirməkdə davam edirlər. Həftə ərzində ölümcül mərmilərin demək olar ki, 30%-i mülki infrastruktura dəyib.

“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”. Bu barədə ABŞ Prezidenti Co Bayden İsraildə keçirdiyi mətbuat konfransında bildirib. “Onların təklif olunan razılaşmanı qəbul etmək imkanları var. Əgər bunu etməsələr, bir daha deyirəm, biz tamamilə açıq şəkildə bildirmişik ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”, – deyə Bayden vurğulayıb. Mətbuat konfransında o, həmçinin…