Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış

Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun bəyanatında deyilir. Məlumata görə, partlayış səbəbindən 21 çoxmənzilli bina qismən dağılıb. 40 fərdi yaşayış evinə zərər dəyib ki, onlardan beşi tamamilə dağılıb. Qladkov söz verib ki, səlahiyyətlilər qapı-qapı yoxlamalar aparacaq və bundan sonra bərpa işlərinə başlanacaq.

“Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib”

Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar: “Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 minə yaxın canlı qüvvəsini itirib. Bundan başqa, Rusiyanın 1 552 ədəd tankı, 3 687 ədəd zirehli döyüş maşını, 771 ədəd artilleriya sistemi, 243 ədəd reaktiv yaylım atəş…

Ukraynada müharibə nəticəsində azı 4662 mülki şəxs ölüb, 5803 nəfər yaralanıb

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyunun 22-si saat 00:00-a qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 465 (bir gün əvvəl – 10 403) nəfər təşkil edib ki, onlardan da 4 662 (4 634) nəfəri həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. “Mülki əhali arasında ölüm və ya yaralanma…

Rusiya hərbçilərinin atdıqları raket üstlərinə qayıtdı – VİDEO

Rusiya hava hücumundan müdafiə sistemi səmada görünən təhlükənin qarşısını ala bilməyib. Belə ki, raket buraxılış yerindən bir neçə metr aralıya düşüb. Hadisə Rusiya hərbçilərinin nəzarəti altında olan Alçevskdə baş verib. Yayımlanan videolarda Rusiya qoşunlarının düşmənin “gəlişinin” qarşısını almaq üçün havaya raket atdığı görünür, lakin bir dəqiqə sonra raket elə atıldığı yerə düşür. Raket işğalçıların mövqelərinə…

Tərtərdə zorla nömrəsiz maşınla qaçırılan 21 yaşlı qızın ailəsi narahatdır

Tərtərdə 21 yaşlı Muradlı İradə Ədalət qızi nömrəsiz maşınla idarə edilən naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Bu barədə Rezonans.az-a qaçırılan İradə Muradlının ailəsi məlumat verib. İradə Muradlının anası Ərkinaz Bayramova qeyd edərək bildirib ki, ilk dəfə 31 May 2022-ci ildə qızımın razılığı olmadan ailəmizə şəxsiyyəti bəlli olmayan, Əhmədov Müşviq Əyyub oğlu  tərəfindən zorla Ağdaşda…

Ukrayna əsgərləri yüzdən çox rus terrorçusunu məhv edib

Ukrayna ordusu iyunun 20-də 106 rus işğalçısını məhv edib. “Sxid” əməliyyat-taktiki qrupu xəbər verir ki, düşmən iki döyüş sursat  və doqquz hərbi texnikasını itirib. Ukrayna Silahlı Qüvvələri həmçinin düşmənin iki artilleriya sistemini, beş minaatanını, yeddi artilleriya traktorunu, iki pilotsuz uçuş aparatını və bir tankını məhv edib. Ukrayna əsgərləri Luqansk vilayətinin Mirnaya Dolina və Donetsk vilayətinin…

Rusiya yaxın günlərdə Kiyevi raketlərlə…

Rusiya Ukrayna ərazisinə kütləvi raket hucumuna hazırlaşır. Rusiya qanadlı raketlərinin altı daşıyıcısının hamısı Qara dənizdə düzülüb. “Bu gün, sabah, o biri gün və o biri gün mən vətəndaşlarımıza, xüsusən də Kiyevdə, xüsusən Peçerskdə yaşayanlara hava hücumu siqnallarına məhəl qoymamağı çox tövsiyə edirəm”, – deyə Baş Qərargah rəisinin müşaviri Oleksiy Arestoviç bildirib.   O, xəbərdarlıq edib…

Mariupolda kütləvi məzarlıqlardakı qəbirlər açılır

Rusiyanın işğalı altında olan Ukraynanın Mariupol şəhərində kütləvi məzarlıqlarda aparılan şəxsiyyətin müəyyənləşdirilməsi üzrə işlər davam edir. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə şəhərdəki antisanitar vəziyyət də diqqəti cəlb edir. Qeyd edək ki, hazırda Mariupolda müharibənin qurbanı olmuş və kütləvi məzarlarda dəfn edilmiş şəxslərin qəbirləri açılaraq onların tanınması, cəsədlərin tibbi yoxlanışı və yenidən ayrılıqda basdırılması həyata…

Rus işğalçıları insanları öldürür və…

İnsanları qətlə yetirən, şəhər və kəndləri viran qoyan rus işğalçıları ukraynalılar üçün müqəddəs olan hər şeyi – muzeyləri, teatrları, kilsələri, abidələri məhv edib tarixdən silməyə çalışırlar. “Rus mədəniyyəti”nin məqsədi Ukrayna mədəniyyətini tamamilə məhv etməkdir.  Çünki onların özlərində bu mədəniyyət yoxdur, yalnız “rus dünyası” var. Bu yaxınlarda Borodyankada olmuş Platform4.news-un müxbirləri buna öz gözləri ilə əmin…