Prezident “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyində

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub. Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit”…

Azərbaycan və Pakistan generalları razılığa gəldi: Birgə təlim keçiriləcək

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, iyunun 21-də nazir, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Protokola uyğun olaraq ordu generalı Qamar Caved Bacva “Şərəf…

İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlər planlaşdırmalıyıq”

Azərbaycanla Pakistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edən zaman deyib. “Biz Pakistanın müdafiə sənayesi məhsullarına…

ATƏT PA-nın Büro iclasında Kəlbəcərdə həlak olan jurnalistlər barədə məlumat verilib

İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub. İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Milli Məclisin mətbuat və ictimaiyyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, ATƏT PA-nın prezidenti Lord Piter Bouness Büro iclasını açaraq sözü qurumun Baş katibi Roberto Montellaya verib. R.Montella ATƏT PA-nın Siyasi məsələlər…

Ermənistanda əhalinin azalması prosesi gedir – Sabiq prezident

Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb. Mənbə Trend:  Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib: “Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması – red.),…

“Anatolian Phoenix-2021” beynəlxalq təlimi davam edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. Beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır. Təlim iyunun 4-dək davam edəcək.