Zəlzələ baş verən gündən 513 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub

Zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı…

Türkiyədə zəlzələ qurbanlarının sayı 29 605 nəfərə çatıb

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa,…

Türkiyədə zəlzələdən sağ çıxan 76 uşaq ailəsinə təhvil verilib

Türkiyədə dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 76-sı ailələrinə təhvil verilib. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Onun sözlərinə görə, hazırda azyaşlılardan 503-nün şəxsiyyəti məlumdur və qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş gedir. “Xəstəxanada 380 uşağın müalicəsi aparılır. Hazırda sığınacaqlarda 118 uşaq var. Ümumilikdə, dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti məlumdur. Bir daha…

Zelenski Brovari faciəsi haqqında

Prezident Vladimir Zelenski yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində baş vermiş faciənin araşdırılmasının davam etdiyini açıqlayıb. Hüquq-mühafizə orqanları bir neçə versiyanı nəzərdən keçirir. “Platform4.news” yazır ki, o, bu barədə Davosda Ukrayna səhər yeməyində çıxışı zamanı bildirib. “Dünənki faciəyə gəlincə, araşdırma aparılır. Bir neçə fərqli versiya var. Hesab edirəm ki, bu gün istintaq bitənə qədər bu…

Dneprdə raket zərbəsindən dağılan binada axtarış-xilasetmə işləri yekunlaşdı

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində 44 nəfər həlak olub. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. Onun sözlərinə görə, axtarış-xilasetmə işləri yekunlaşıb. Ölənlər arasında beş uşaq var. Ən kiçik oğlanın heç yaşı tamam olmayıb. 39 nəfər xilas edilib.

Dneprdə raket hücumu nəticəsində ölənlərin sayı 35-ə çatdı

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Onların arasında iki uşaq da var. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib. “Xilasedicilər gecə saatlarında Rusiya raketi ilə dağıdılan çoxmərtəbəli binanın dağıntıları altından daha bir neçə nəfəri çıxarıblar”, – deyə o qeyd edib. Məlumata görə,…

“Rusiya 70 minə qədər insan itirməyə hazırdır”

“Yaxın dörd-beş ay ərzində Rusiya Federasiyası şimaldan və ya şərqdən hücuma keçə bilər və 70 000-ə qədər hərbçisini itirməyə hazırdır”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak bildirib. Onun sözlərinə görə, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmırlar və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar. Çernyak həmçinin əmindir ki, ruslar…

Rusiya Ukraynaya 120-dən çox raket atıb

Dekabrın 29-da Rusiya Ukraynaya 120-dən çox raket atıb. Düşmən Ukraynanın kritik infrastrukturunu məhv etmək və daha çox mülki vətəndaşı öldürmək istəyir. PLATFORM4.NEWS xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib. “Şər rus dünyası” tərəfindən kritik infrastrukturu məhv etmək və dinc əhalini kütləvi şəkildə öldürmək üçün atılan 120-dən çox…

Kiyevə raket hücumu – Foto

Dekabrın 29-u saat 9.30-a olan məlumata görə, Kiyevdə hava hücumundan müdafiə qüvvələri kütləvi raket hücumu zamanı fəaliyyət göstərir. Vurulan raketlərin parçaları Darnitski rayonunda iki fərdi evə ziyan vurub. Bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Qoloseyevski rayonunda sənaye müəssisəsi və Peçerski rayonunda uşaq meydançası da zərər görüb. “Zərərçəkənlərlə bağlı vəziyyət aydınlaşdırılır. Sakit olun! Hava…

Kliçko Rusiyanın Kiyevə hücumunun nəticələrindən danışıb

Dekabrın 19-da səhər saatlarında Rusiyanın Kiyevə hücumu nəticəsində paytaxtda işıq və istiliklə bağlı problemlər yarana bilər. Platform4.news xəbər veririr ki, Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, kritik infrastruktura ziyan dəyib. “Energetika və istilik işçiləri enerji və istilik təchizatı ilə bağlı vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün çalışırlar”, – Kliçko vurğulayıb. Prezident Administrasiyası rəhbərinin müavini…