Rusiyada qorxunc gəlişmə
Rusiyanın şərq vilayətlərindəki meşə yanğınları artaraq ümumi sahəsi 1 milyon hektarı keçib. Rusiya Federal Meşə Agentliyinin verdiyi açıqlamada yanğınların söndürülməsi üçün işlərin davam etdiyi bildirilib. Son 24 saat ərzində 40 nöqtədəki yanğınların nəzarət altına alındığı deyilən açıqlamada qeyd edilib ki, hazırda 222 nöqtədə – 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir.…








