Xarkovda Azərbaycanın fəxri konsulluğ binası vuruldu

Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Platform4.news xəbər verir ki, bu barədə yerli mətbuat  məlumat yayıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb. Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-ın şərq sahillərində üstün olacaq “Bomba siklon” adlanan qar fırtınası səbəbindən 5 ştatda fövqəladə vəziyyət elan edilib. Boston meri Mişel Vu bu qar fırtınasının “tarixi” olacağını bildirib. Nyu-York, Nyu-Cersi, Merilend, Rod-Aylend və Virciniya qubernatorları əhaliyə yollardan uzaq qalmaları barədə xəbərdarlıq ediblər. Xatırladaq ki, əlverişsiz hava şəraiti səbəbindən cümə və bazar günləri arasında ABŞ-da 5000-dən çox…

Qərbi Avropa qasırğanın cəngində

Almaniyanın liman şəhəri Hamburqda baş verən “Nadia” qasırğasında bir nəfər həyatını itirib. Ölkənin şimalında üstünlük təşkil edən bu qasırğada balıq bazarı sular altında qalıb, reyslər ləğv edilib. Yanğınsöndürənlər sürəti saatda 130 kilometrə çatan “Nadia” qasırğasının nəticəsində aşmış ağaclar və uçan damlar səbəbindən xeyli iş görüblər. Xatırladaq ki, Almaniyanın Meteorologiya Xidməti şimalda sürəti saatda təxminən 100…

Ukraynada əsgərlərin ölümünə görə general işdən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib. Bu barədə Ukrayna Prezidenti qərar imzalayıb. General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub. Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.

Qazaxıstanda general özünü güllələyərək intihar edib

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib. “Komsomolskaya Pravda” xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu…

Rus Konsulluğuna hücum edildi

Ukraynada Rusiya Konsulluğuna hücum edilib. Hadisə Lvov şəhərində baş verib. Məlumata görə, bir şəxs motoskiletlə Lvovdakı Rusiya Konsulluğuna hücum edib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirib. Ukrayna rəsmisi bildirib ki, ölkə polisi faktı araşdırır. Bundan başqa, Ukrayna rəsmisi Ruiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan tələb olunub ki, Ukrayna hakimiyyəti Moskvadan…

Polşa sərhədini keçmək istəyən minlərlə miqrantla başlayan böhran…

Rusiya və Ukrayna arasında Qara dəniz gərginliyindən sonra bu dəfə Polşa və Belarus arasında miqrant böhranı yaşanır. Polşa sərhədini keçmək istəyən minlərlə miqrantla başlayan böhran daha da çıxılmaz hala gəlib. Baş verənlərə müdaxilə edən Rusiya Belarusa bombardmançı təyyarələr göndərib və iki ölkə arasında birgə təlim keçirilib. Amma bu zaman gözlənilməz olay baş verib və rus…

Pandemiyanın ağlagəlməz fəsadı: 26 min ton tullantı…

COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilən 26 min ton plastik tullantıların okeanları və dənizləri çirkləndirdiyi ortaya çıxıb. Çinin Nankin Universitetinin mütəxəssisləri pandemiya dövründə ətraf mühitin çirklənməsi ilə bağlı mühüm araşdırma aparıblar. Tədqiqatçılar pandemiya başlayandan bəri mübarizə çərçivəsində istifadə edilən 26 min ton plastik tullantıların okeanlara və dənizlərə çatdığını irəli sürüblər. Ümumilikdə 193 ölkədə 8,4 milyon…

Korona ilə bağlı şok hesabat

ABŞ kəşfiyyatının COVID-19-la bağlı hesabatı ciddi müzakirəyə səbəb olub. Çin və koronavirus əlaqələrini araşdıran ABŞ kəşfiyyatının hesabatı ortaya çıxıb. Hesabatda COVID-19 virusunun bioloji silah kimi hazırlanmadığı nəticəsinə gəlindiyi qeyd edilib. Bununla belə hesabatda Uhan Viroloji İnstitutundan mümkün sızıntı haqqında da iddialara yer verilib. Milli Kəşfiyyat Direktorluğu tərəfindən cümə günü yayımlanan hesabatda koronavirusun Uhandakı Viroloji İnstitutundan…

Yer kürəsində təhlükəli virus yaranacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib. ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır. “Bu pandemiyaya son qoysaq belə, onun…