Kiyevin mərkəzində yerləşən körpü Rusiya ordusu tərəfindən vuruldu

Kiyevin mərkəzinə yerləşən, piyada və velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan Kliçko körpüsü Rusiya ordusu tərəfindən vurulub. Partlayış anı ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Qeyd edək ki, Kliçko körpüsünün açılışı 2019-cu ildə baş tutmuşdu. Xatırladaq ki, bu gün səhər saatlarında etibarən Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.  

Kiyevə raket zərbələri. Ölən və yaralananlarla bağlı məlumat – Foto

Kiyevdə raket hücumları nəticəsində 5 nəfər ölüb. Daha 51 nəfər yaralanıb. Onlardan 42-si xəstəxanaya yerləşdirilib. Rusiya raketləri paytaxtın bir neçə rayonunu vurub. Xüsusilə şəhərin mərkəzi hissəsini. Bu barədə Kiyev şəhərində yaşayan, Platform4.news  saytının baş redaktoru Qulu İbrahimov məlumat verib. Onun sözlərinə görə, ruslar şəhərin bir neçə kritik infrastrukturunu vurublar. Raket hücumları nəticəsində Kiyevin mərkəzində ali…

Krım körpüsündə baş verən partlayış anı videoya düşüb

Sosial şəbəkələrdə Krım körpüsündə baş verdiyi iddia edilən partlayışın videosu yayımlanıb. Krım körpüsü ilə nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Partlayış anının videosu, Rusiyanın Astra layihəsi tərəfindən Telegram-da yayımlanıb. Rusiyanı müvəqqəti işğal olunmuş Ukrayna Krımı ilə birləşdirən Krım körpüsündə yolun bir hissəsi dağıdılıb. Yanacaq çənləri yanır, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.  

Ukraynadakı partlayış canlı yayım vaxtına təsadüf etdi – VİDEO

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb. Partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb. Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb. Uşaqlardan birinin vəziyyəti ağırdır.  

Rusların Ukraynaya vurduğu ziyanın məbləği açıqlanıb

Rusiyanın genişmiqyaslı təcavüzündən sonra Ukraynanın bərpası 600-800 milyard dollara başa gələcək. İndi biz infrastrukturun bərpasına diqqət yetirməliyik. Bunu prezident Vladimir Zelenski “Fransa Müəssisələri Hərəkatı”na müraciəti zamanı deyib. “600-800 milyard onların Luqanoda dedikləridir. Məbləğ içtimayətə açıqlanmışdır. Sübut edilmiş analitika ilə bu həcmlər təsdiq olub. Hər şeyi yenidən bərpa etmək üçün təxminən belə həcmlərə ehtiyac var”, –…

Müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər açıqlandı

Müharibə nəticəsində Ukrayna iqtisadiyyatının birbaşa itkiləri 113,5 milyard dollara yüksəlib. Bu barədə Kiyev İqtisadiyyat Məktəbinin islahatlarına dəstək layihələrinin rəhbəri Maksim Nefedov ümummilli marafonun efirində bildirib. O əlavə edib ki, PUA və peyklərin köməyi ilə toplanmış Ukrayna infrastrukturunun dağılması və zədələnməsi ilə bağlı görüntülər hazırda fəal şəkildə təhlil edilir. Bu, dəymiş ziyanı qiymətləndirmək və zədələnmiş şəhərlərin…

Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində silah anbarı yanıb

Belqorod vilayətinin Valuyski şəhər rayonunun Timonova kəndi yaxınlığında – silah-sursat anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Rayon rəhbəri sakinlərin təhlükəsiz məsafəyə aparıldığını bildirib. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.  

Laçından çıxan ermənilər qəbirləri dağıdırlar – VİDEO

32 il öncə Azərbaycan torpağında qanunsuz məskunlaşan ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. Namərdliyi ilə ad çıxaranlar gedərkən sığındıqları evlərini yandırır, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə vəhşiliklərini bir daha sübut edirlər. Laçından çıxarılan ermənilər bu dəfə də yaxınlarının qəbirlərini dağıdır, başdaşlarını sökürlər. Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə yayımlanıb. Kadrlardan da göründüyü kimi,…

Ermənilər Laçında meşəyə od vurublar – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. Bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstəriblər. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Əslində…

“35 656 terrorçu zərərsizləşdirilib”

Şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib. Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb. Akar son illərdə Türkiyə ordusunun vəzifə…