Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib

Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb. Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib. “Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”, – deyə Andryuşenko bildirib. Mənbə: uniain

Rusiyada meşə yanğınlarında qurbanların sayı artdı – VİDEO

Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb. Bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat verilib. Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi. Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır. Həmçinin 518 yaşayış binası və 309…

Ukraynada həlak olan həmvətənimiz Azərbaycana təxliyə edilib

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı – 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər. Bu barədə…

Lvov, Dnepr və Kiyevdə partlayışlar olub

Mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib. Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib. Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub. Həmçinin Kiyevin sağ sahilində də partlayışlar eşidilib. Sonradan məlum olub ki, Ukraynanın hava hücumundan…

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

BMT müharibə zamanı Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd olunub. Məlumatda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı 3000-dən çox mülki şəxsin həlak olduğu deyilir. “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc…

Mariupolda ölən dinc sakinlərin sayı açıqlandı

Müharibə başlayandan indiyə kimi Mariupolda 20 mindən çox insan həlak olub.  Bunu şəhər meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib. “Qadınlar və uşaqlar da daxil olmaqla 20 mindən çox yerli əhali, mülki vətəndaşımız həlak olub” – Boyçenko bildirib. Onun sözlərinə görə, 100 mindən çox insan şəhərdə qalıb.

Luqansk vilayətinin 80 faizi Rusiyanın nəzarətindədir

Luqansk vilayəti ərazisinin 80 faizi Rusiyanın nəzarətindədir. Bunu Luqansk Regional Hərbi Adminstrasiyanın rəhbəri Sergey Hayday CNN-ə açıqlamasında deyib. “Rusiya, əlbəttə ki, bununla dayanmaq niyyətində deyil və yoluna davam edəcək. Bizim burada vəziyyətimiz çox ciddidir. Bütün Luqansk bölgəsi atəşə tutulur. Şəhərlər təhlükə altındadır. Biz başa düşürük ki, Rusiya irəli gedəcək və yolunda olan hər şeyi məhv…

Kiyev sakinlərinə şəhərə qayıtmamaqla bağlı

Kiyevin hərbi administrasiyası rusiyali hərbçilərin paytaxtı yenidən raket atəşinə tutmağa başlaması səbəbindən əhalini hələlik evlərinə qayıtmamağa çağırır. Ukrayna KİV  xəbər verir ki, Rusiya qoşunlarının paytaxt ətrafından geri çəkilməsindən sonra şəhərə qayıdanların sayı artmağa başlayıb. Hazırda paytaxtın girişində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib. Bu, humanitar yardımın, fövqəladə, tibbi və kommunal xidmətlərin, həmçinin hərbçilərin hərəkətinə mane olur.…