Türkiyədə Ukrayna taxılını daşıyan Rusiya gəmisi saxlanıldı

Türkiyədə Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisi saxlanılıb. Bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnara istinadən “Reuters” agentliyi məlumat yayıb. “Jibek Jolı” adlı gəmi rəsmi rəqəmlərə görə 4,5 min ton, Ukrayna prokurorluğunun məlumatına görə isə 7 min ton ton taxıl daşıyır. O, Qazaxıstanın “KTZ Express” şirkətinə məxsusdur, lakin Rusiyanın “Green-Line” şirkəti tərəfindən icarəyə götürülüb.…

Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış

Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun bəyanatında deyilir. Məlumata görə, partlayış səbəbindən 21 çoxmənzilli bina qismən dağılıb. 40 fərdi yaşayış evinə zərər dəyib ki, onlardan beşi tamamilə dağılıb. Qladkov söz verib ki, səlahiyyətlilər qapı-qapı yoxlamalar aparacaq və bundan sonra bərpa işlərinə başlanacaq.

“Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib”

Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar: “Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

Rusiya sərhədi yaxınlığında yeni NATO bazası yaradıla bilər

Rusiya sərhədi yaxınlığında yerləşən Finlandiyanın Lappeenranta şəhərinin hava limanı hərbi baza yerləşdirmək üçün NATO-ya verilə bilər. Bu barədə şəhər meri Kimmo Yarva məlumat verib. Mer həmçinin qeyd edib ki, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü Etel-Karjala regionunda (Cənubi Kareliya) təhlükəsizlik və ümid hissi yarada, regiona böyük investisiyaların yatırılmasına səbəb ola bilər. Bildirilib ki, hələlik bu məsələ…

“Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

Almaniya tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini müzakirə edir və artıq Rusiyanın “xüsusi əməliyyatının” başa çatmasından sonrakı dövrə hazırlaşır. Bunu bazar günü Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı “müharibənin bitəcəyi gün üçün” diplomatik hazırlıqlar görülür. Kansler qeyd edib ki, təhlükəsizlik zəmanətləri NATO üzvlüyü ilə eyni olmayacaq.

“Anadolunu parçalamaq istəyənləri qovduq, yeni səhifə açdıq”

“I Dünya Müharibəsindən sonra Anadolunu parçalamaq istəyənləri qovduq, yeni səhifə açdıq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetindəki Məzun Günü münasibətilə təşkil edilən mərasimdə deyib. “Başımızı qaldırmayaq deyə təkpartiyalı faşizmlə, çevrilişlərlə, terror təşkilatları ilə hər vasitə və üsulla xeyli çalışıblar. Ordumuz da bundan dərs götürdü. Qısa müddət əvvəl “Efes” təlimini həyata keçirdik.…

Prezident şəhid qızını hakim TƏYİN ETDİ

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub. “Unikal”ın əldə etdiyi məlumata görə, Sülhanə Hacıyeva Birinci Qarabağ müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır. Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.  

Zakir Həsənov: Revanşist qüvvələrə qarşı “hər an hazır olun”

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı…