Rusiyanın genişmiqyaslı təcavüzündən sonra Ukraynanın bərpası 600-800 milyard dollara başa gələcək.
İndi biz infrastrukturun bərpasına diqqət yetirməliyik. Bunu prezident Vladimir Zelenski “Fransa Müəssisələri Hərəkatı”na müraciəti zamanı deyib.
“600-800 milyard onların Luqanoda dedikləridir. Məbləğ içtimayətə açıqlanmışdır. Sübut edilmiş analitika ilə bu həcmlər təsdiq olub. Hər şeyi yenidən bərpa etmək üçün təxminən belə həcmlərə ehtiyac var”, – Zelenski bildirib.
“Bu gün mən infrastrukturun – təhsilin, limanın, nəqliyyatın və insanlar üçün mənzillərin bərpasına diqqət yetirərdim. Çünki bizim vəzifəmiz insanları öz evlərinə qaytarmaqdır”, – prezident deyib.