Kiyevdə raket hücumları nəticəsində 5 nəfər ölüb. Daha 51 nəfər yaralanıb. Onlardan 42-si xəstəxanaya yerləşdirilib.
Rusiya raketləri paytaxtın bir neçə rayonunu vurub. Xüsusilə şəhərin mərkəzi hissəsini.
Bu barədə Kiyev şəhərində yaşayan, Platform4.news saytının baş redaktoru Qulu İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ruslar şəhərin bir neçə kritik infrastrukturunu vurublar. Raket hücumları nəticəsində Kiyevin mərkəzində ali təhsil ocağının binası, yaşayış və inzibati binalar zədələnib. Raketlərdən biri uşaq meydançasına düşüb. Kiyevin mülki infrastrukturunun kütləvi şəkildə atəşə tutulması faktları ilə bağlı araşdırmalar davam edir. Yeni zərbələr təhlükəsi hələ də qalmaqdadır deyə
Q.ibrahimov əlavə edib.
















