İranın xüsusi xidmət orqanları İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın bir qrup silahlı agentini ölkənin qərb sərhədində saxlayıb.
Bu iddia İranın “Fars” agentliyinin yaydığı məlumatda yer alıb.
“Ölkənin qərbindəki sərhəd keçid məntəqəsində İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın agentləri ağır silah və sursatla saxlanılıb”, – məlumatda qeyd olunub.
Saxlanılan şəxslərin üzərindən tapança, qumbara, ov tüfəngləri və sursat tapıldığı qeyd olunub.







