Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsi anılıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin şəhid olmasının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə öncə Milli Qəhrəmanın vaxtilə yaşadığı binaya həkk olunmuş xatirə lövhəsinin önünə Viktor Seryoginin ailə üzvləri, Xarkov Şəhər Şurasının və Azərbaycan…

Avstraliyada yaşayan azərbaycanlı alim yüksək etimada layiq görülüb

Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib. Bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib. Qeyd edək ki, ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin…

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və DİDK-nın təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib. DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3…

Almaniya səfiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qonağı olub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş Marneuliyə səfəri çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib. GAİM-in icraçı direktoru Orxan Pirverdiyev səfirə mərkəzin yaradılması səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mərkəzin həyata…

Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək

Almaniyanın Köln şəhərində bu ölkədə çalışan azərbaycanlı həkimlərin I forumu təşkil ediləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutacaq forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında şəbəkələşmənin yaradılmasından ibarətdir. Forumda azərbaycanlı…

“Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansı Aşıq Şəmşir adına mükafat təsis edib

“Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansı Aşıq Şəmşir adına mükafat təsis edib. Bu barədə  Alyansın sədri Elmar Məmmədov məlumat verib. E. Məmmədov bildirib ki, Aşıq Şəmşir Kəlbəcər rayonun Dəmirçidəm kəndində anadan olub və onun istedadı gənc vaxtlarından özünü biruzə verib: ” O, bütün həyatını poeziyaya həsr edib. Ümumilli liderimiz Heydər Əliyev aşıq Şəmşirin yaradıcılığını yüksək qiymətləndirirdi. Ulu…

Azərbaycan Diaspor Gənclərinin fəaliyyət istiqamətləri müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Diaspor Gənclərinin (ADG) bir qrup üzvü ilə görüş keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, onlayn formatda baş tutan görüşdə müxtəlif ölkələrdə – Almaniya, Avstriya, Belçika, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Estoniya, İngiltərə, İsveçrə, İtaliya, Qazaxıstan, Litva, Macarıstan, Moldova, Niderland, Polşa və Slovakiyada…

Azərbaycanın Ukraynadakı ecazkar səsi

Qurban Abbasov: “Azərbaycan xalqının mədəniyyətini və incəsənətini təbliğ edir, habelə Kiyev və Ukraynanın ictimai və mədəni həyatında fəallıq göstəririk” Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin inkişafına çox böyük töhfə verir. Mərkəz Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılması və təbliği istiqamətində aktiv işlər görür. Həmçinin Mərkəzdə Ukraynada doğulmuş, böyümüş azərbaycanlı uşaqlara və gənclərə…

Dnepropetrovskda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Dnepropetrovsk şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Dnepropetrovşina Azərbaycanlıları Liqasının Milli Mədəniyyət Mərkəzində baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tarixçi alim…

Xarkov şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan mədəni-təhsil mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə mərkəzin müəllim-şagird heyəti, valideynlər, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad…