Çində Nizami Gəncəvinin yubileyi münasibətilə elmi jurnal nəsr olunub

Pekində Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub. Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə dərc olunan jurnal “Nizami irsi” layihəsi çərçivəsində işıq üzü görüb. Nəşrə universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 məqaləsi daxil edilib. Onların beşi tədqiqat, ikisi…

“AİP” sədri Qulu İbrahimov dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Ukrayna, Kiyev, 31 dekabr 2021  / Platform4.news /   “Əziz həmvətənlər!  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən…

DNEPRDƏ MÖHTƏŞƏM HƏMRƏYLİK TƏDBİRİ KEÇİRİLİB

Platform4.news Diaspor.info-ya istinadən bildirir ki, Dnepr Azərbaycanlıları bir araya toplaşaraq, Dunya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd ediblər. Dnepr Azərbaycanlıları adından Konqres sədri Nəcəf Əhmədov çıxış edərək tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını təbrik edib. Nəcəf müəllim deyib ki, tədbirə Ukraynanın bir çox şəhərlərində yaşayan soydaşlarımız qonaq gəliblər. O bildirib ki, Azərbaycan xalqının…

YUNUS ALIYEV NİKALAYEVDƏ QURDUĞU ABİDƏ KOMPLEKSİNİN ƏTRAFINDAKI DÖRD HEKTAR TORPAQ SAHƏSİNİ…

UKRAYNADA  AƏZRBAYCAN DİASPORUNUN DAHA BİR UĞURUNA YUNUS ALIYEV İMZA ATDI. Platform4.news Diaspor.info-ya istinadən bildirir ki, Yunus Alıyev Nikalayevdə öz şəxsi vəsaiti hesabına qurub-yaratdığı 416-cı Taqanrok diviziyasının şərəfinə ucaltdığı abidə kompleksinin ətrafındakı səngərlərin olduğu böyük bir ərazini toxunulmaz etdirdi. Bundan ötrü onun şəxsi nüfuzu böyük rol oynadı və bu məsələ öz həllini tapdı. Ukraynanın Nikalayev şəhəri…

Bir qrup gənc “İlin diaspor könüllüsü” adına layiq görülüb

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin “Azərbaycan Diaspor Könüllüləri” proqramının bir qrup iştirakçısı ilə görüşü keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşdə çıxış edən Aparat rəhbəri 10 aprel 2019-cu ildən başlayaraq həyata keçirilən proqramın böyük əhəmiyyət kəsb etdiyini, diaspor könüllülərinin Azərbaycandakı könüllülər hərəkatına töhfələr verdiyini, 2020-ci ildə baş…

Kiyevdə diasporlararası mini-futbol turniri təşkil edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Kiyev şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə diasporlararası mini-futbol turniri keçirilib. Ukrayna Azərbaycanları Radası (UAR) və “Ze!Molodyojka” gənclər təşkilatının birgə təşkilatçılığı ilə REJO İdman Kompleksində baş tutan turnirdə Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və ərəb gənclərdən ibarət “Dostluq” komandaları iştirak ediblər. Azərbaycan və…

Dövlət Komitəsi “Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri təşkil edib

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib. DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın…

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Məktubda deyilir: “Qardaş Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Əliyev, Dekabrın 24-nə təsadüf edən doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq. Sizə ən xoş arzularımızı bildirir, uzun ömür, cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyirik. Bütün dünya…