Azərbaycan Kaliforniyada keçirilən festivalda təmsil olunub
Azərbaycan Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən Mauntin Vyu (Mountain View) şəhərində keçirilən multikultural festivalda təmsil olunub. Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və sair ölkələr iştirak ediblər. Cəmiyyətin təşkil etdiyi Azərbaycan güşəsində ölkəmiz haqqında məlumat posteri, qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən milli geyimlər, xalçalar,…










