Sidney metrosunda Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılıb

Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr – Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib. Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarı bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf…

Niderland jurnalında azərbaycanlı jurnalistin filmi haqqında məqalə dərc edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Niderlandın “FOR YOU” jurnalında Şuşaya həsr olunmuş “28” adlı sənədli filmdən bəhs edən “İtirilmiş uşaqlıq” sərlövhəli məqalə dərc olunub. Məqalədə filmin müəllifi, “REAL TV”nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının ərsəyə gətirdiyi ekran əsəri barədə ətraflı məlumat verilib. Bildirilib ki, filmin qəhrəmanı 12 yaşlı qızdır. Filmdə uşağın…

Kiyevdə şanlı Qələbəmizin rəmzi olan “Dəmir yumruq”…  – Foto

Ukraynada fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimovun təşəbbüsü ilə , Azərbaycanın 8 noyabr şanlı Qələbə günü münasibətilə Kiyev şəhərində Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbord yerləşdirilib! Bilbordda,  “8 noyabr Azərbaycanın şanlı Qələbə günüdür”, “Qarabag Azərbaycandır”, “Dəmir yumruq” və “Xarıbülbül” çiçəyinin təsviri, “Krım və Donbas Ukraynadır”, şüarları əks olunur ! Bilbord…

İsfar Sarabski Brüsseldə Zəfər Günü münasibətilə konsert verib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti,…

Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və diaspor gəncləri təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, ötən ilin oktyabr ayında Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişinə əsasən, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə və Bərdə…

Xarkovda Nizami Gəncəvinin yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Ukraynanın Xarkov şəhərindəki Milli Radioelektronika Universitetində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Ukrayna-Türk ortaq mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə baş tutub. Beynəlxalq elmi konfransda alimlər, nizamişünaslar, diplomatlar və yerli…

Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə Ukraynanın Kropivnitski şəhərində “Xarıbülbül” adlı tədbir keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Kropivnitski şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan  icmasının  təmsilçilərinin  iştirak  etdiyi  tədbiri  giriş  sözü  ilə  Azərbaycan-Ukrayna  Beynəlxalq  Alyansının  sədri Elmar Məmmədov açıb. O, “Xarıbülbül” sözünün mənasının xalqımız…

Azərbaycan diasporu Ukrayna Prezidentinin Ofisindəki görüşdə iştirak edib

Ukrayna Prezidentinin Ofisində ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən diaspor təmsilçiləri və etnik xalqların nümayəndələri ilə toplantı keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbir dövlət başçısının Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması üzrə səlahiyyətli müşaviri Alyona Verbitskayanın təşkilatçılığı ilə baş tutub. Toplantıda Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov, “Əfqanıstan İcması” Milli…

Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” mövzusunda tədbir təşkil edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Daşkənd şəhərindəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami Gəncəvi: Şərqin böyük şairi” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə Azərbaycandan gələn qonaqlar dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidənin önünə əklil…

Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş təntənəli gecə təşkil edilib

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan…