Ukrayna həftə ərzində bir metr belə torpaq itirməyib

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bəyan edib ki, Ukrayna bir həftədir ki, bir metr torpaq belə itirməyib. Eyni zamanda, işğalçılar Ukraynaya raket zərbələri endirməkdə davam edirlər. Həftə ərzində ölümcül mərmilərin demək olar ki, 30%-i mülki infrastruktura dəyib.

“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”. Bu barədə ABŞ Prezidenti Co Bayden İsraildə keçirdiyi mətbuat konfransında bildirib. “Onların təklif olunan razılaşmanı qəbul etmək imkanları var. Əgər bunu etməsələr, bir daha deyirəm, biz tamamilə açıq şəkildə bildirmişik ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”, – deyə Bayden vurğulayıb. Mətbuat konfransında o, həmçinin…

İlham Əliyev Çex Respublikasının yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi…

Ukrayna ordusu Xersonda bazanı vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun nəzarətində olan Xerson vilayətinin Novaya Kaxovka şəhərində hərbi bazaya hücum edib. Ukrayna silahlılarının HIMARS raketləri ilə endirdiyi zərbə Rusiya generalını və daha beş zabitini məhv edib. Eyni zamanda, 150-yə yaxın rusiyalı hərbçi öldürülüb.

Avropa İttifaqı Rusiyanın 14 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən hərbi əməliyyat nəticəsində sanksiyalara məruz qalan rusiyalı milyarderlərin, fiziki və hüquqi şəxslərin 13,8 milyard avro məbləğində aktivlərini dondurub. Bu barədə Aİ komissarı Didye Reynders məlumat verib. Onun sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çox) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb. Avropa rəsmisi həmin ölkələrin adını…

NASA kainatın daha bir möhtəşəm görüntüsünü paylaşdı

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə çəkilmiş növbəti möhtəşəm görüntünü paylaşıb. Fotoda 7 600 işıq ili uzaqlıqda olan NGC 3372 qalaktik dumanlığı (Carina Nebula) əks olunub. Xatırladaq ki, bir müddət öncə NASA adıçəkilən teleskop vasitəsilə qeydə alınmış kainatın ən dərin və rəngli görüntüsünü yayımlayıb.  

“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

Ukrayna ilə Rusiya arasında cəsədlərin mübadiləsi baş tutub. Proses çərçivəsində 400-dən çox hərbçinin cəsədi Ukraynaya qaytarılıb. Onların böyük əksəriyyəti “Azovstal”da həlak olmuş müdafiəçilərin cəsədləridir. Məlumata görə, onların demək olar ki, hamısının kimliyi artıq müəyyən edilib. Belə ki, döyüşçülərin qohumları həlak olanların DNT nümunələrini müvafiq orqanlara təhvil veriblər. Lakin meyitlərdən bir çoxu sənədsiz təhvil verildiyindən, onların…

ABŞ Ukraynaya əlavə 1,7 milyard dollar yardım ayırdı

Ukrayna ABŞ hökumətindən 1,7 milyard dollar məbləğində növbəti qrant alıb. Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat yayıb. “Vəsaitlər Dünya Bankının trast fondunun mexanizmi vasitəsilə təmin edilib və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, – deyə, o, bildirib. Xatırladaq ki, Ukrayna təkcə ötən ay Dünya Bankından 967,4 milyon dollar, Kanada hökumətindən 779,0…

“Lego” Rusiyanı tərk edir

Danimarkanın “Lego” konstruktorları istehsalçısı Rusiyada fəaliyyətini tamamilə dayandırır. Şirkət həmçinin brendin ölkədəki mağazalarını idarə edən “Inventive Retail Group” ilə də əlaqələri kəsir. Məlumata görə, yeniliklərlə əlaqədar “Lego” Rusiyada artıq 70 işçini ixtisar edib. Qeyd edək ki, ölkədə şirkətin 81 mağazası fəaliyyət göstərib.

ÜST-dən meymunçiçəyilə bağlı açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib. O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Qebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin…