Amerikalı senatorlar Rusiyanın Ukraynada törətdiklərinin soyqırımı kimi tanınmasını istədi

ABŞ senatorları Cim Riş və Ben Kardin Rusiyanın Ukraynadakı hərəkətlərini, xüsusən deportasiyaları və mülki şəxslərin qəsdən öldürülməsini Ukrayna xalqının soyqırımı kimi tanıyan qanun layihəsini təqdim ediblər. Bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir. “Rusiyanın Ukraynada etdiklərinin soyqırımı olduğuna şübhə yoxdur”, – deyə Riş qeyd edib. “Keçən ay mən gəzdiyim kimi, Kiyev, İrpen…

Prezidentdən Qarabağ İqtisadi Rayonu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncamla “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Emin Hüseynov – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş…

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı üçün mühüm əsasdır”

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı və sabitliyi üçün mühüm əsasdır”. Bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib: “Biz bu il Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu tarix hər iki ölkə üçün çox vacib…

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında…

Elman Nəsirov diaspor barədə fikirlərinə aydınlıq gətirdi

Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan diasporunu tənqid etməsinə aydınlıq gətirib. Deputat Pravda.az-a açıqlamasında bildirib ki, onu tənqid edənlər ünvanı səhv salıblar: “Milli Mətbuat Günü ilə bağlı keçirilən bir tədbirdə söylədim ki, “Əkinçi” qəzeti 1875-1877-ci illərdə fəaliyyət göstərdi, onu yaradan da böyük mütəfəkkirimiz, ədibimiz Həsən bəy Zərdabi idi. Qəni-qəni Allahdan Zərdabiyə rəhmət dilədim. Dedim ki,…

Ərdoğan Putinlə görüşə niyə gec gəldi? – VİDEO

Türkiyə, İran və Rusiya arasında Astana formatında keçirilən VII Üçtərəfli Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü sosial mediada maraqla qarşılanıb. Putin görüşdən əvvəl Ərdoğanı təxminən bir dəqiqə gözləyib. Beynəlxalq media qurumları Putinin Ərdoğanı gözlədiyi anları gündəmə gətirib. Kremlin müxbiri Andrey Kolesnikovun sözlərinə görə, Ərdoğan Putini üç dəqiqə gözləməyə məcbur edib. Yenə Rusiya…

“Ukraynada müharibə həlledici mərhələdədir”

Ukraynada Rusiyanın başlatdığı müharibə həlledici mərhələdədir. Müttəfiqlərin və tərəfdaşların köməyi çox vacibdir. Bunu Ramştayn formatında görüş zamanı Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. “Bilirsiniz, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır. Rusiya hesab edir ki, o, Ukraynanı və bizi üstələyə bilər. Amma bu, Rusiyanın yanlış hesablamalarının sonuncusudur”, – deyə…

Ukraynada Rusiya pasportunu almaq cinayət hesab edilə bilər

Rusiya pasportunu almaq və onların “referendumunda” səs vermək cinayət hesab edilməlidir. Bu fikirləri Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib. “Əgər biz həqiqətən də işğala qarşı çıxmaq istəyiriksə, işğalçıların pasportlarının alınması, onların “referendum”unda səsvermə ilə bağlı daha aydın və sərt mövqe tutmalıyıq. Biz açıq şəkildə deməliyik: Bu,…

Ərdoğan Azərbaycanla bağlı Putinlə danışdığı məsələləri AÇIQLADI

“Hesab edirəm ki, ötən gün Vladimir Putin İlham Əliyevlə danışıb. Hətta mənə “İlham Əliyevin salamı var” dedi. O, Əliyevlə danışanda “Ərdoğanla görüşəcəyəm” deyib, Əliyev də “Mənim də salamımı çatdırın” deyib”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra təyyarədə jurnalistlərin sualını cavablandırarkən bildirib. “Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri…

Conson baş nazir postundan terminator ifadəsi ilə vidalaşdı

Böyük Britaniyanın baş naziri Boris Conson istefası ərəfəsində vida nitqi söyləyib. O, Britaniya parlamentinin İcmalar Palatasında çıxış edib. O, növbəti baş naziri amerikalılara yaxın olmağa və ukraynalıların müdafiəsinə qalxmağa çağırıb. Conson aktyor Arnold Şvartseneggerin “Terminator 2″ adlı Amerika filmindəki ifadəni deyib: ” Hasta la vista, baby”.   “Son bir neçə saniyədən istifadə edib, cənab spiker,…