Zəngilan rayonu Ağalı kəndi

İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri…

Ağ Evdən Ərdoğana təşəkkür

Ağ Evdən taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin fəaliyyətə başlamasına dair açıqlama verilib. ABŞ administrasiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Dövlət başçısının Ukraynadan taxıl ixracı üçün sözügedən mərkəzinin yaradılmasında göstərdiyi səyləri xüsusi olaraq qeyd edib.

Zelenski Ukraynanın azad edilməsi üçün kritik müddəti açıqladı

Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri yaxın 3-6 həftə ərzində geri qaytarmalıdır. Çünki daha sonra bunu etmək xeyli çətinləşəcək. Bunu bir müddət öncə Kiyevə səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Smitin sözlərinə görə, onlarla görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski fikrini bir müddət sonra havaların soyuyacağı və sərt qışın gələcəyilə izah edib.…

Ukraynalı pilotlara ABŞ qırıcılarını idarə etmək öyrədiləcək

Amerika Birləşmiş Ştatları ukraynalı pilotlara və uçuş heyəti üzvlərinə F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək məqsədilə 100 milyon dollar ayıracaq. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, onlar gələn ildən pilotların hazırlanmasına başlayacaqlar. Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ABŞ qırıcılarının Kiyevə…

İlham Əliyev birinci Ermənistan-Azərbaycan müharibəsində 3 890 nəfərin itkin düşdüyünü bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında birinci Ermənistan-Azərbaycan müharibəsindən 3 890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib. Azərbaycan Prezidenti Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkib.

Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını dəstəkləyib

ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib. Blinken Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident.az-ın məlumatına görə, Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib. Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin…

Diaspor nümayəndələrinin Şuşaya beşinci səfəri başa çatıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Bakıda olan 27 ölkədən 130 diaspor nümayəndəsinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Şuşaya beşinci səfəri başa çatıb. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfər Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında diaspor üzvlərinə tövsiyələrindən sonrakı dövrə…

“Türkiyənin bunu qəbul etməsi mümkün deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü münasibətilə paylaşım edib. O, sazişi müasir Türkiyə Cümhuriyyətinin əsasında duran sənədlərindən biri adlandırıb. “Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan Yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna Sülh Müqaviləsinin imzalanmasından ötən…

İran Rusiyaya “Shahed 129” döyüş PUA-ları satıb

İran pilotsuz aparatlarının bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Onların Həştərxan və Volqoqraddan keçməklə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır. Partiyanın əsasını “Shahed 129” ağır hücum dronlarının təşkil etdiyi bildirilib. Onun hazırlanması zamanı İsrailin “Hermes 450” və ABŞ-ın “MQ-1 Predator” modelləri əsas götürülüb. İran PUA-sının uzunluğu 8 metr, qanadların genişliyi 16 metrdir. Onun elan edilmiş döyüş…