Rusiya və Türkiyə ilə yanaşı daha bir tərəf taxıl daşıyan gəmilərin təhlükəsizliyini təmin edəcək
Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini üçüncü tərəf də təmin edəcək. O, bir qədər sonra müəyyən ediləcək. Bunu bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “İstanbulda biz razılığa gələ bildik: Ukrayna minatəmizləmə ilə məşğul olur, gəmiləri açıq dənizə buraxır, Rusiya, Türkiyə və sonradan müəyyən olunacaq başqa iştirakçı…










