Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsdi

Ukrayna Xarici İşlər Nazirliyi Donbasın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin “müstəqilliyi”nin tanınması ilə əlaqədar Suriya ilə diplomatik münasibətləri kəsdiyini elan edib. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. XİN Suriya Ərəb Respublikasının Donbasın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin “müstəqilliyi”ni tanımaq qərarını qətiyyətlə pisləyib. “Mövqeyimiz aydındır – biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl…

Polşa Belarusla sərhəd boyu hasarın tikintisini başa çatdırdı

Polşa Belarusla sərhəddə beş metr hündürlükdə və 186,25 km uzunluqda olan hasarın tikintisini başa çatdırıb. Məlumata görə, tikinti üçün 49 min ton poladdan istifadə olunub. Hazırda hasarın elektron təhlükəsizlik sistemləri quraşdırılır, o cümlədən 2,5 min müşahidə kamerası və hərəkət sensoru ilə təchiz edilməsi həyata keçirilir.  

Azərbaycandan Qoşulmama Hərəkatı ilə bağlı təşəbbüs

“Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib”. Bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib. “Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi…

“Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”

“Qoşulmama Hərəkatına üzv ölkələr günümüzdə sülh və təhlükəsizlik məsələsinin nə qədər aktual və vacib olduğunu bilir”. Bunu  Nepal Milli Assambleyasının üzvü Ramçandra Ray deyib. O bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Nepal üçün çox vacibdir: “Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”. R.Ray konfransda dayanıqlı inkişafa da lazımi diqqət yetiriləcəyini vurğulayıb. Onu…

“Azərbaycan Qoşulmama Hərəkatı ölkələrini fəal əməkdaşlığa çağırır”

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına ev sahibliyi edən Azərbaycan digər ölkələri fəal əməkdaşlığa ruhlandırır”. Bu barədə  Liviya Parlamentinin sədrinin müşaviri Əhməd Haşaş deyib. “Liviya daha əvvəl Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü alqışlayırdı. Bu gün burada olmağımız bunu bir daha sübut edir. Liviya bu təşkilatın tamhüquqlu üzvüdür. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çox səmərəli olacaq.…

Üç hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verildi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir: Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğlu – Tovuz…