Ukraynada öldürülən iki rusiyalı zabitin fotoları yayılıb

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun daha iki zabitinin öldürüldüyünü açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat yayıb. “Düşmənin motoatıcı rotasının komandiri, baş leytenant Ondar Arjaan və leytenant Kirill Oleniç Ukrayna ərazisində məhv edilib”, – Anatoli Ştefan qeyd edib. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, fevralın 24-dən etibarən Rusiya…

“Yaxın Şərqi Çin, Rusiya və İranın nəzarətinə buraxmayacağıq”

“Birləşmiş Ştatlar Yaxın Şərqi tərk etmək niyyətində deyil, o, region ölkələri üçün tərəfdaş olaraq qalacaq”. Bu sözləri ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə görüşdə deyib. “ABŞ Yaxın Şərqdə fəal tərəfdaş olaraq qalmağa hazırlaşır. Dünya daha rəqabətli olduqca və üzləşdiyimiz problemlər mürəkkəbləşdikcə, ABŞ-ın maraqlarının və…

Zelenskinin müşaviri İtaliyaya səsləndi

“Qərb ölkələrindəki daxili siyasi mübarizə Ukraynaya silah tədarükünə təsir etməməlidir”. Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” hesabında yazıb. “Qərb ölkələrində ənənəvi daxili siyasi mübarizə xeyirlə şər arasında davam edən fundamental mübarizəyə təsir etməməlidir. Xüsusilə, Ukraynaya silah tədarükü məsələsində”, – deyə Mixail Podolyak vurğulayıb. Xatırladaq ki, daha əvvəl İtaliyanın xarici işlər…

Azərbaycanın yubiley medalı təsis olunub

Azərbaycan Respublikasının yubiley medalı təsis olunub. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edərək İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsini qərara alıb. Qanuna əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley…

Prezident 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib. Bu barədə Prezident.az məlumat yayıb. Qanuna əsasən, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285 000 manat, xərclər 27 422 420 200 manat məbləğində olmaqla təsdiq edilib. Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi barədə fərman da imzalayıb.

“Rusiya Ermənistanla Türkiyə arasında normallaşma prosesini dəstəkləyir”

“Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Rusiya ilkin olaraq İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunub, bundan xəbərdardır və…

“Vinnitsaya hücum Rusiyanın Ukraynaya görə məsuliyyəti mövzusunda konfrans zamanı olub”

“Vinnitsaya zərbə Haaqada Rusiya Federasiyasının Ukrayna ərazisindəki cinayətlərə görə məsuliyyəti mövzusunda keçirilən konfrans zamanı baş verib”. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb. “Haaqada Vopke Hoekstranın (Hollandiyanın xarici işlər naziri – red.) rəhbərliyi ilə Məsuliyyət üzrə Konfrans keçirilərkən Rusiya daha bir hərbi cinayət törətdi. Vinnitsaya raket hücumunun qurbanları arasında ən azı bir uşaq həlak…

Latviya Rusiya qazının tədarükünü qadağan edir

Latviya Seymi ölkənin Enerji Qanununa 2023-cü il yanvarın 1-dən Rusiyadan təbii qazın tədarükünə qadağa qoyulmasını nəzərdə tutan düzəlişləri təsdiqləyib. Belə bir addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq atılıb. İyulun 14-də Latviya hökuməti sovet və nasist rejimlərini tərənnüm edən 69 abidənin, xatirə obyektinin və memorialın sökülməsinə dəstək verib. Müvafiq qanun (“Latviya Respublikasının ərazisində sovet və…

Lapid və Bayden “Qüds Bəyannaməsi”ni imzaladılar

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid iyulun 14-də “Qüds Bəyannaməsi”ni imzalayıb və birgə mətbuat konfransı keçirib. Sənədin tam adı “ABŞ-İsrail strateji tərəfdaşlığına dair Qüds Bəyannaməsi”dir. Mətni İsrail hökuməti başçısının ofisi tərəfindən yayılan bu sənədlə Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqliyini, düşmənlərin qarşısını almaq və istənilən təhlükədən və ya təhdidlərdən qorunmaq üçün hərbi…