Türkiyədə Ukrayna taxılını daşıyan Rusiya gəmisi saxlanıldı
Türkiyədə Ukrayna taxılını daşıyan Rusiyaya məxsus yük gəmisi saxlanılıb. Bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnara istinadən “Reuters” agentliyi məlumat yayıb. “Jibek Jolı” adlı gəmi rəsmi rəqəmlərə görə 4,5 min ton, Ukrayna prokurorluğunun məlumatına görə isə 7 min ton ton taxıl daşıyır. O, Qazaxıstanın “KTZ Express” şirkətinə məxsusdur, lakin Rusiyanın “Green-Line” şirkəti tərəfindən icarəyə götürülüb.…










