Prezident sülh müqaviləsindən danışdı
“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq yollarının axtarışında Rusiyanı özünün əsas tərəfdaşı hesab edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib. “Mən artıq dedim ki, Vladimir Vladimiroviç Putin Qarabağda müharibənin dayandırılmasında, nizamlanmanın qaynar fazadan siyasi nizamlanma mərhələsinə keçirilməsində mühüm rol oynayıb və bu gün Rusiya Azərbaycan və Ermənistan arasında…










