Belçika Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində bu ölkədə və Niderlandda yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin məsul nümayəndələrinin qatıldıqları tədbirdə Belçika Azərbaycan Evinin fəaliyyət strategiyası və istiqamətləri müzakirə edilib, iş planı müəyyənləşdirilib, təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb.…










