“Azərbaycanda yeni müəssisə yaradılacaq”

“Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib. S.Bayraktar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb:…

NATO zabitləri Azərbaycanda təlim keçir

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı…

Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı

Prezidentlər Vladimir Putin və Emmanuel Makron bir gün əvvəl Moskvada keçirilən görüşdə Ukrayna ilə bağlı razılıq əldə ediblər. Bu barədə “The Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Putin və Makron Rusiyanın yeni hərbi təşəbbüslər həyata keçirməməsi barədə razılığa gəliblər. Kremlin də öz silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razı olduğu bildirilir. “The…

İlham Əliyev “Media haqqında” yeni QANUNU TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərinin tədrisinə start veriləcək

Xaricdə Azərbaycan evlərinin açılması soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin sayı ilbəil artmaqdadır. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi 2019-cu il dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə…

“Münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”

Prezident İlham Əliyev Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və…

Azərbaycan XİN Ukrayna xalqını təbrik etdi

“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində yazılıb. “Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!”, – deyə məlumatda qeyd edilir.

Ərdoğandan səhhəti ilə bağlı

Koronavirusun “omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri rəsmi tvitter səhifəsində yazıb: “Bu səhər həkimimiz rutin müayinəmizi həyata keçirdi. Şükürlər olsun ki, hər hansı mənfi hal yoxdur. Bu gün də xəstəliyi yüngül keçirir və Əminə xanımla evdən işimizi davam etdiririk.    

Rusiya-Ukrayna münaqişəsi başlayarsa…

ABŞ Rusiyanın Ukraynaya tammiqyaslı hücumu zamanı mümkün itkiləri artıq hesablayıb. Bu barədə “Röyters” məlumat yayıb. Vaşinqton hesab edir ki, Rusiya işğalı mümükn müdaxiləsi nəticəsində 85 minə qədər insan həlak ola bilər. Amerikalı ekspertlərin fikrincə, 25 minə qədər ukraynalı əsgərin, 10 minə qədər rus əsgərinin və 50 minə qədər mülki şəxsin həlak olmaq ehtimalı var. Bildirilir…

II Elizabet Britaniyanın gələcək kraliçasının adını açıqladı

Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ildönümündə konsort kraliçanın adını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu il taxta çıxmasının 70-ci ildönümünü qeyd edən 95 yaşlı Kraliça yazılı mətnlə ölümündən sonra böyük oğlu Şahzadə Çarlzın kral olacağını və gəlini Kornuoll hersoqinyası Kamillanın isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib. “Oğlum Çarlz kral olan…