NATO-nun komanda-qərargah təlimləri başlayıb
Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb. Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb. Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir. 31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə – Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.





