“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib. Nazir Tvitter səhifəsində yazıb: “Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.

Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edilib

Belçika hökuməti gündəlik iş vaxtının artırılmasına və iş gününün həftədə 4-ə endirilməsinə imkan verən qanun layihəsini qəbul edib. Həftəlik iş gününün 4-ə endirilməsi təklifi oktyabrda liberal düşüncəli siyasətçilər və qanunvericilər tərəfindən irəli sürülüb. Hökuməti formalaşdıran siyasi partiyalar arasında aparılan danışıqlar nəticəsində təklif bəzi dəyişikliklərlə qəbul edilib. Belçika hökumətinin əmək islahatları çərçivəsində qəbul etdiyi qanun layihəsinə…

Ramiz Mehdiyev istefa verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.Bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib. M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb. “Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”. Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev…

Prezident sülh müqaviləsinin şərtlərini açıqladı – VİDEO

“Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır”.Bunu Prezident İlham Əliyev fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib. “Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən…

Zakir Həsənov da işdən çıxarılır

Azərbaycan hakimiyyəti daha bir dəyişikliyə hazırlaşır. Yaxın günlərdə müdafiə naziri Zakir Həsənov da işdən çıxarılacaq. Xəbərlərə görə, Həsənov böyük ehtimalla əvvəlki iş yerinə təyinat alacaq. Belə ki, o, Daxili Qoşunların komandanı postunu tutacaq. Həmin xəbərlərdə bu işdən çıxarma olayının dünən DTX tərəfindən keçirilən əməliyyatla heç bir bağlılığının olmadığı vurğulanır. Bildirilir ki, belə bir qərar xeyli…

Ukraynanın hava məkanı bağlanır

Ukrayna ilə Rusiya arasında gərginlik pik həddədir. Dünən açıqlama verən Ukrayna prezidenti Volodimir Zelinski bəyan edib ki, onların kəşfiyyat məlumatına görə, Rusiya fevralın 16-da hücuma başlayacaq. Donbas və Luqanski ətrafında yaşanan gərginlik fonunda dünən Donetskidə baş verən partlayış ciddi narajhatlığa səbəb olub. Bu gün isə Britaniya sığorta şirkətləri dünyanın aparıcı aviasiya şirkətlərinə müraciət edərək, onlardan…

Ukraynada fövqəladə vəziyyət elan edilir

Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat üzrə komandanı Aleksandr Pavlyuk bu gün Donbasa gəlib.  Pavlyuk bölgədəki ukraynalı desant qüvvələrinin hazırlıq vəziyyətini yoxlayacaq. Son məlumatlara görə, Ukrayna ordusu bir neçə gündür Luqans və Donbasdakı separatçıların arxasında əməliyyatlar keçirmək üçün xüsusi hazırlığa başlayıb. İddialara görə, desantlar düşmənin arxasına keçməli və orada diversiya ilə məşğul olmalıdır. Bu əsnada, Kiyev şəhərinin…

Ukrayna Azərbaycanlıları Radasının Qurultayı keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti – II Hesabat-seçki Qurultayı keçirilib. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak edib. Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər…

Azərbaycan və Çin gəncləri “Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı həmrəylik nümayiş etdiriblər

Azərbaycan və Çin gənclərinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunmuş onlayn formatlı görüşü keçirilib. Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsinin Azərbaycan dili kafedrası və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə yerli müəllim-tələbə heyəti, bu ölkədə yaşayan, təhsil alan azərbaycanlı məktəblilər və tələbələr iştirak ediblər. Görüş qarşılıqlı mədəni tədbirlər…

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının  təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının…