ABŞ diplomatlarını Ukraynadan Polşaya təxliyə edir

ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. Bildirilir ki, burada söhbət əsas olaraq ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir. Mənbələrdən birinin sözlərinə görə, Prezident Co Baydenin rəsmi şəxsləri Rusiyanın Ukraynaya hücumu olmazsa? personalı sabah səhər geri qaytaracaqlar. Dövlət Departamenti…

Polşada Xocalı soyqırımı ilə bağlı aksiya

Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Poznanın azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə şəhərin izdihamlı məkanlarından birində baş tutan aksiya zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Yerli sakinlərə ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin…

Qarabağ Azadlıq Təşkilatının Məlumatı

Erməni cinayətləri şahidlərin dili ilə İşğalçıların Azərbaycan xalqına vurduğu zərbələr hələ bir neçə onilliklər ərzində on minlərlə ailənin, Azərbaycan vətəndaşının yaşam tərzində öz mənfi nəticələrini göstərəcək. Çünki, toplanan faktlar sübut edir ki, erməni neonasizmi bütövlükdə insaniyyətə qarşı yönəlib və azərbaycanlılara qarşı törədilən vəhşiliklər bu istiqamətdə nümunə rolunu oynayır. Təkcə Ağdam rayonu üzrə toplanmış faktlar insanlıq…

Kiyev küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb. Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub. Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında…

“Pekin-2022” başa çatdı

Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb. Fevralın 20-də – Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib. “Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların…

Soydaşlarımız Ukraynadan geri çağırılacaq?

“Diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan təlimat gəlməyib”. Platform4.news xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib. “Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda…

Avstriya da Ukraynaya getmək istəyənlərə xəbərdarlıq etdi

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub. Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini…

Donbasdan təxliyə edilənlərin sayı açıqlandı

Donbas bölgəsindən 53 mindən çox sakin təxliyə edilib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib. Onun sözlərinə görə, bu gün axşam saatlarına qədər Donbasın ümumilikdə 53 mindən çox sakini Rusiya ərazisinə təxliyə edilib. Onun sözlərinə görə, sakinlərin təxliyəsi üçün 142 avtobus təşkil edilib. Onlar…

Ukraynada ilk dəfə “Qarabağ” mövzusu müdafiə olundu

2022-ci il fevral ayının 18-də Ukraynanın Kiyev şəhəri  V.İ. Vernadskiy adına Tavriya Milli Universitetində soydaşımız Qulu İbrahimov “Qarabag münaqişəsinin siyasi və hüquqi  təhlili” mövzusunda “Politologiya” ixtisası üzrə dissertasiyasını müdafiə edərək magistr diplomuna layiq görüldü. Qeyd olunan mövzuda XIX əsrdə ermənilərin qədim Azərbaycan torpağlarına gətirilmələri, 1990 cı illərdə Azərbaycan Respublikasının  20% ərazisinin işğal olunması, bir milyondan…