Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib
London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan…










