Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib. Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq,…










