İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi,…

“Güvəndiyiniz dağlara qar yağmadan qərarınızı verin”

“Heç bir təşəbbüsümüzə Yunanıstandan müsbət cavab almadıq”. Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Yunanıstan gərginliyi aradan qaldırmaq üçün dəstək göstərmir. “Biz hücum və təqib etmirik. Amma bizə edilən heç bir təzyiqi cavabsız qoymayacağıq. Təxribatçı münasibətinizi dayandırın deyirik. Bütün gördüyünüz işlərə baxmayaraq, biz deyirik ki, gəlin problemləri dialoq yolu…

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımaları başlayıb

Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımalarına başlanılıb. Bu barədə diplomatik mənbələrdən xəbər verilib. Bildirilib ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinə başlanılıb. Həmçinin o da vurğulanıb ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə…

Yanukoviç Minskdə idi…

Keçmiş prezident Viktor Yanukoviç martın 7-də Minskə uçub. Həmin tarixə qədər ruslar paytaxtla birlikdə Ukraynanın yarısını tutmağı və Rusiyayönlü “hökumət” yaratmaq üçün öz marionetlərini göndərməyi planlaşdırırdılar. Platform4.news xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafonda müsahibəsində bildirib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, rusların iki planı var…

Yaponiya Zelenskinin G7 sammitində iştirak etməyini istəyir

Yaponiya Ukrayna Prezidenti Volodimir Zelenskini mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində onlayn formatda iştiraka dəvət etməyi planlaşdırır. Hazırda G7-nin sədri olan Yaponiya Ukrayna münaqişəsi ilə bağlı intensiv müzakirələrə şərait yaratmaq istəyir. Tokio hesab edir ki, Zelenskinin çıxışı G7 liderlərini mövcud vəziyyətlə tanış edəcək. Yaponiya hökuməti üçün Ukraynadakı vəziyyətlə bağlı G7-nin hərəkətlərinin əlaqələndirilməsi Tayvanla bağlı mümkün münaqişəyə…

“Rusiya 70 minə qədər insan itirməyə hazırdır”

“Yaxın dörd-beş ay ərzində Rusiya Federasiyası şimaldan və ya şərqdən hücuma keçə bilər və 70 000-ə qədər hərbçisini itirməyə hazırdır”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak bildirib. Onun sözlərinə görə, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmırlar və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar. Çernyak həmçinin əmindir ki, ruslar…

Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq

Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə…

Ukrayna hava hücumundan müdafiə sistemi İran Şahedinin 100%-ni endirib

Ukrayna qüvvələri və hava hücumundan müdafiə sistemləri yanvarın 2-nə keçən gecə rusların Ukrayna ərazisinə buraxdığı pilotsuz təyyarələrin 100%-ni vurub. Platform4.news xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib: “Gecə ərzində hava hücumundan müdafiə qüvvələri 39 “Şahed” kamikadze pilotsuz uçan aparatı, iki “Orlan” və bir Kh-59 idarə…