Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib. Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər. Baş nazir Viktor Orbanın çıxışı – Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar. Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm. Mən ana dilimdə…

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib.…

İsrail və ABŞ İrana qarşı birgə səylərini artıracaqlar

İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana qarşı birgə səylərini artıracaqlar. Bunu bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu ölkəyə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib. “Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Biz ümumi siyasət hazırlamaq və…

“Azərbaycan artıq bütün Avropa üçün strateji tərəfdaşdır”

“Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq”. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.…

“Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib”

“Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə bildirib. Dövlətimizin başçısı deyib: “Cənab Baş nazir söylədiyi kimi, münasibətlərimizin artıq yaxşı…

Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında…

Prezident İlham Əliyevin Davosda Orta Dəhlizlə bağlı suallara bitkin cavabları

Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyev yanvar ayının 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzüsünda panel iclasında iştirak etmiş və tədbir çərçivəsində moderatorlar təfərindən ünvanlanan sualları cavablandırmışdır. Bu suallar ilk növbədə Orta Dəhliz və onun yaratdığı imkanları və bu prosesdə Azərbaycanın yeri və rolu ilə bağlı məsələləri əhatə etmişdir.…

İsrail Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib. İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına…

“Ukrayna Avropa dəyərləri uğrunda mübarizə aparır və müharibədə qalib gəlməlidir”

Ukrayna Avropa İttifaqının qeyd-şərtsiz dəstəyinə malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ölkə Avropa dəyərlərini qorumaq üçün Rusiyaya qarşı müharibədə qalib gəlməlidir. O, yanvarın 28-də Almaniyanın Düsseldorf şəhərində partiyası Xristian Demokratik İttifaqı üçün keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, “Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın tərəfindəyik”. Onun sözlərinə görə,…

İranın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev Azərbaycan…