Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu – VİDEO

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0. “İdman TV” telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.    

Cüdoçularımız Fransadan 3 medalla dönürlər

Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb. Turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir. Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar. Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.…

“Pekin-2022” başa çatdı

Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb. Fevralın 20-də – Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib. “Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların…

Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Pekində keçirilən Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adları bilinib. Qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub. O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib. Yarışda gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb. Qeyd edək ki, ötən gündən start verilən 24-cü Qış Olimpiya Oyunları…

“Qarabağ” “Keşlə”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Günün ilk oyununda “Qarabağ” “Keşlə”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

Kəramət Hüseynov qızıl medal qazandı

Cüdo üzrə Azərbaycan Kubokunda daha 4 çəki üzrə medalçılar müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə qadınlar arasında 52 kq (10 iştirakçı) və 70 kq (4 iştirakçı), kişilər arasında isə 66 kq (52 iştirakçı) və 90 kq (15 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar bəlli olub. 60…

“Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”. Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın artıq komandaya qoşulacağını bildirib: “Məşq etdikdən sonra ümumi gedişata…

“Qarabağ” “Omoniya” ilə üz-üzə

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və Kipr “Omoniya”sı üz-üzə gəlib. Komandalar meydana aşağıdakı “11-lik”lə çıxıblar: “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina Baş məşqçi:…

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb. Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın…