“Qarabağ” Kiprdə heç-heçə etdi

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirir. Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Oyun Larnaka şəhərindəki “AEK Arena”da keçirilir. Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alırlar.…

Avropa Liqası: “Neftçi” HİK-lə heç-heçə etdi

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib. Çempionlar Liqası ilə vidalaşan Bakı klubu Avropa Liqasında mübarizəyə başlayıb. Samir Abasovun yetirmələri III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Finlandiya çempionu HİK-lə görüşüb. “Bakcell Arena”dakı qarşılaşmanın ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. Heyətində yetərincə itkilər olan “ağ-qaralar” matçın əvvəlində zədələnən qapıçısı Aqil Məmmədovun da xidmətindən məhrum olub.…

Nəsibov Yunan-Roma güləşi üzrə Olimpiadanın finalına yüksəldi

Ukraynalı həmyerlimiz  yunan-Roma güləşçisi 22 yaşlı Pərviz Nəsibov Olimpiadanın finalına yüksəldi. Pərviz yarımfinalda  misirli Ahmed El -Sayed Hegazi -ni məğlub etdi – 7: 6. Həmyerlimiz döyüş zamanı  0: 6 hesabı ilə uduzsa da, xarakter göstərə bildi. Birincisi, hakimlərin qərarı ilə dörd xal qazandı. Güləşçimiz irəli getməyə davam etdi və rəqib artıq yorğun görünürdü. Nəsibov son…

Azərbaycan millisinin hücumçusu Portuqaliya klubuna keçdi

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı hücumçu bu ölkənin “Tondela” klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək. Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: “Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim…

“Qalatasaray” rumıniyalı futbolçu transfer etdi

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib. Platform4.news  klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aleksandru Çiçıldeunu transfer edib. Rumıniyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, 24 yaşlı ötən mövsüm şərəfini qoruduğu “Universitatya Krayova”da meydana çıxdığı 43 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.

Londonda “Qarabağ kuboku” uğrunda futbol turniri təşkil edilib

Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində “Qarabağ kuboku” uğrunda futbol turniri keçirilib. BAA-nın sədri Hafiz Baxşəliyev bildirib ki, turnirdə adlarını Azərbaycana və II Qarabağ savaşına həsr edən 7 komanda – “Kaspian”, “Qarabağ”, “Dəmir yumruq”, “Boz qurd”, “Old Centlemən”, “Bayraqdar”, “Mançester Polad” iştirak edib. Final oyununda “Kaspian” və “Qarabağ”…

AVRO-2020: İngiltərə finalda İtaliyaya rəqib olub

AVRO-2020-də final matçında üz-üzə gələcək cütlük müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə – Danimarka oyununda bəlli olub. Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib. İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq. Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı…

Zelenski: Valideynlərin övladlarından öyrənəcəkləri bir şey var

Prezident Volodimir Zelenski, Ukrayna millisinin şənbə günü İngiltərə ilə oyun zamanı “valideynlərin övladlarından öyrənəcəkləri bir şey olduğunu” göstərmək şansına sahib olduqlarını deyib. Mənbə: Zelenski, Facebook. ƏTRAFLI:  Prezident  Ukrayna  milli  komandasının  futbolçuları  ilə  video  link  vasitəsi  ilə  danışıb. “Danışdıq, güldük, ruhlandıq!” –  Zelenski açıqlamasında deyib.   “Bilirsiniz nə düşünürəm? İngilisləri  “futbol ataları” adlandırırlar, biz isə Avropada…

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb. İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan…

Güləşçimiz qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub. Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.