Cüdoçularımız Fransadan 3 medalla dönürlər
Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb. Turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir. Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar. Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.…







