Azərbaycanlı Tunisdə qızıl medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb. Federasiyadan verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Daha əvvəl qadınlardan Nazilə…

“Seçkinin qalibi Türkiyə demokratiyası və Türkiyə xalqı oldu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkədə keçirilən parlament və prezident seçkilərini şərh edib. “Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi və fərasətilə keçdi. Xalqımız Kandildən, Pensilvaniyadan, sosial media kanalları və xarici jurnalların üz qabıqları vasitəsilə tətbiq olunan siyasi mühəndisliyə baxmayaraq, azad iradəsini ifadə…

BMT Türkiyə hökumətinə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits Qara Dəniz Taxıl Təşəbbüsü üçün göstərdiyi “səy, enerji və qətiyyətə” görə Türkiyə hökumətinə minnətdarlığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının sessiyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı çıxış edib. Ölkədə mülki itkilərin son aylarda ən yüksək həddə çatdığına dair məlumatı paylaşan Qriffits 24 fevral…

ÜST Rusiyanı tərk edir

Mayın 15-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin xüsusi sessiyasında qurumun Moskvadakı Avropa Ofisinin bağlanması qərara alınıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri Viktor Lyaşko məlumat verib. Onun sözlərinə görə, sessiyada üzv dövlətlərin mütləq əksəriyyəti müvafiq qərarın lehinə səs verib. Lyaşko əlavə edib ki, Ukrayna bu prosesə ötən ilin mayında təşəbbüs göstərib və Moskvadakı ofisin…

Ukrayna Ali Məhkəmənin sədri rüşvət alarkən tutulub

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Ali Məhkəmə rəhbərliyinin iştirak etdiyi korrupsiya sxemini ifşa ediblər. Məlumata görə, Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazev rüşvət üstündə yaxalanıb. Bildirib ki, söhbət 2,7 milyon dollar məbləğində rüşvətdən gedir. Qeyd olunub ki, Knyazev Ukraynada rüşvət alarkən tutulan ən yüksək vəzifəli məmurdur. O, 2021-ci ildən Ali Məhkəmənin sədridir.