“Qələbə çətin və qanlı olacaq” – Video

Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə qələbə çalacağına əmin olduğunu bildirib. Bunu dövlət başçısı prezidentin inauqurasiyasının üçüncü ildönümü münasibətilə Olena Zelenskayaya müsahibəsində deyib. Zelenskinin sözlərinə görə, qələbə çətin və qanlı olacaq. “Çətinlik ondadır ki, biz hər şeyi qaytarmaq istəyirik, Rusiya isə heç nə qaytarmaq istəmir. Prezident eləcədə hesab edir ki, müharibənin sonu diplomatik olacaq.…

ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmağa hazırlaşır

ABŞ hakimiyyəti Rusiyanın neft gəlirlərinə daha bir zərbə vurmağa və ölkəni qlobal enerjinin əsas oyunçusu statusundan məhrum etməyə hazırlaşır. Bu barədə “New York Times” keçmiş və indiki ABŞ rəsmilərinə istinadən yazıb. Plan xüsusilə Vaşinqtonun qərarlarına məhəl qoymayan xarici alıcılara aid olacaq ikinci dərəcəli sanksiyaların və neftin alış qiymətinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Bu şirkətlərə Qərb…

Ukraynada “Rus Radiosu”nun adı dəyişdirilərək “Radio Bayraktar” oldu

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu – Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib. Bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb. Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

Türkiyə İsveçin terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrini kəsməsini Ankaranın şimali Avropa ölkəsinin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərt hesab edir. Bunu Türkiyənin İsveçdəki səfiri Emre Yunt cümə axşamı dərc olunan “Financial Times” qəzetinə müsahibəsində deyib. Yunt bildirib ki, Ankara İsveç müdafiə naziri və digər rəsmilərin son illərdə PKK rəhbərliyi ilə danışıqlar aparmasından…

Polşa Ukraynaya 25 min ton benzin tədarük edəcək

Kiyev və Varşava Ukrayna ərazisinə yanacaq tədarükü ilə bağlı razılığa gəliblər. Bu barədə Ukrayna baş nazirinin müavini Yuliya Sviridenko məlumat verib. Onun sözlərinə görə, tədarük mayın sonunda başlamalıdır – ümumilikdə Ukrayna Polşa ehtiyatlarından təxminən 25 min ton benzin alacaq. Ukrayna baş nazirinin müavini müvafiq bəyanatı Polşanın iqlim naziri Anna Moskva ilə görüşündən sonra verib. Mətbuat konfransında…

“Ukraynada 100 milyard dollar dəyərində dağıntılar var”

“Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərlə üzləşməsinə səbəb olub”. Bu barədə BMT-nin “Twitter” mikrobloqunda məlumat verilib. Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, artıq azı 100 milyard dollar dəyərində evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. “Müharibə uzanarsa, o zaman hər 10 ukraynalının doqquzunun həyat səviyyəsi yoxsulluq həddindən aşağı düşəcək. İyirmi illik inkişaf uğurları isə…

Zelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı baş leytenanta fəxri ad verib. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında paylaşım edib. “Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyev Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib”, – deyə diplomat qeyd edib.  

İsveç NATO-ya üzvlük ərizəsini imzalayıb

İsveçin xarici işlər naziri Ann Linde  mayın 17-də ölkənin Şimali Atlantika Alyansına (NATO) daxil olması üçün ərizə imzalayıb. Platform4.news  xəbər verir ki, bu barədə İsveçin NATO yanında missiyası “Twitter” səhifəsində məlumat yayıb. “Bu səhər Xarici İşlər Naziri Ann Linde İsveçin NATO-ya daxil olmaq üçün ərizəsini imzalayıb”, – missiya bildirib. Dünən İsveç hökuməti NATO-ya üzvlük üçün…

Rusiya Federasiyası ilə danışıqlar prosesi hazırda…

Hazırda Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesi dayandırılıb. Platform4.news  xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak mediaya şərhində bildirib. “Obyektiv desək, danışıqlar prosesi həqiqətən də fasilədədir. Niyə? Bir neçə səbəb var. Rusiya əsas olanı – dünyada baş verən bugünkü prosesləri və onun son dərəcə mənfi rolunu dərk etməyi nümayiş etdirmir”,…