“Kəlbəcər dağ turizminin inkişafı baxımından perspektivlidir”
“Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır”. Bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kəlbəcər rayonuna səfəri zamanı bildirib. “Ötən il Ağdamda işlərin necə sürətlə görüldüyünün şahidi olmuşduq. Burada da işlərin necə aparıldığını gördükdən sonra aydın olur ki, tezliklə Kəlbəcər bərpa ediləcək”, – səfir deyib. Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndəliyinin Kəlbəcər…










