“Ukraynada 100 milyard dollar dəyərində dağıntılar var”
“Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərlə üzləşməsinə səbəb olub”. Bu barədə BMT-nin “Twitter” mikrobloqunda məlumat verilib. Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, artıq azı 100 milyard dollar dəyərində evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. “Müharibə uzanarsa, o zaman hər 10 ukraynalının doqquzunun həyat səviyyəsi yoxsulluq həddindən aşağı düşəcək. İyirmi illik inkişaf uğurları isə…






