İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və…

Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu, KOBİA-nın işğaldan azad edilmiş…

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”  

Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan xalqı 28 May Müstəqillik Gününü qeyd edir. Bundan 104 il əvvəl hər bir azərbaycanlı üçün bu gün iftixar mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Mövcud olduğu qısa tarixi dövr ərzində bu Respublika istər xalqımızın, istərsə də dünyanın tarixində silinməz iz buraxdı. Azərbaycan xalqı cəmi 23 ay yaşayan Cümhuriyyəti ilə demokratiya yolunda misilsiz –…

Ukraynada yaşayan soydaşlarımız 28 May – Respublika günü münasibətilə xalqımızı təbrik edib

28 May – Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə –…

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının rəhbəri dövlət mükafatına layiq görülüb

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Prezident İlham Əliyev tərəfindən təsis edilmiş “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif edilib. PLATFORM4.NEWS-ın məlumatına görə, E.Məmmədov Ukraynada Azərbaycan diasporunun inkişafında və Azərbaycanın nailiyyətlərinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsində mühüm xidmətlərinə görə təltif edilib. Qeyd edək ki, E.Məmmədov ehtiyatda olan polkovnikdir. O, uzun illər Azərbaycanın Xüsusi Dövlət…

ABŞ Ukrayna limanlarına çıxış müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyanın Ukrayna limanlarına girişin blokdan çıxarılması müqabilində sanksiyaları ləğv etmək təkliflərini rədd edir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. “Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Rusiya Federasiyasından əvvəllər də boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan eşitdiyimiz müxtəlif vəd və təkliflərə skeptik yanaşmağa əsasımız var”,…

14 ədəd yeni hücum təyyarəsi Ukraynaya çatdı

Ukrayna Şərqi Avropadan olan tərəfdaşlardan 14 ədəd hücum və hava dəstək təyyarəsi olan “Su-25” tipli döyüş təyyarəsi alıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edək ki, “Su-25” tipli hücum təyyarəsi gecə və gündüz saatlarında döyüş meydanında quru qoşunların birbaşa dəstəklənməsi, həmçinin istənilən hava şəraitində və günün istənilən saatında ona ötürülmüş koordinatların məhv edilməsi…

Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib. Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır. Qeyd olunub ki, bütün oxşar əməliyyatlar ölkənin milli təhülkəsizliyi baxımından həyata…

“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var”

ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib. “Ermənistanda, Qazaxıstanda və Mərkəzi Asiya ölkələrində belə laboratoriyalar var. Biz həmin ölkələrlə ikitərəfli…