ABŞ mətbuatında Azərbaycanla Ermənistan arasında sülh perspektivlərindən bəhs edilib

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Ermənistanla Azərbaycan arasında sülh perspektivləri yaxşılaşıb – Prezident Əliyev” sərlövhəli məqalə dərc olunub. Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə Prezident İlham Əliyevin cari ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi Şuşa şəhərində etdiyi çıxışına istinadən erməni təcavüzünün gətirdiyi bütün ağrılı-acılı məqamlara, işğala və vəhşiliklərə rəğmən,…

Budapeştdə “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərgi təşkil edilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı fotosərgi keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Macarıstan Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən layihə “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fonduna məxsusdur.…

“Biz bu şərtlərdə Rusiya ilə danışıqlar apara bilmərik”

Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər. Buna səbəb əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsidir. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kral Beynəlxalq Münasibətlər İnstitutuna müsahibəsində deyib. “Əgər Rusiya azad edilə biləcək mülki vətəndaşları və ya əsgərləri öldürürsə, biz onlarla diplomatik danışıqlar apara bilmərik” – deyə Zelenski qeyd edib.  

Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

6 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, İtaliyanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin…

“Rusiya – Ukrayna müharibəsinin üçüncü mərhələsi yaxınlaşır”

Rusiya  əvvəlki  iki uğursuz cəhdlərinə baxmayaraq,  genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başlamağa hazırlaşır.  Moskva ümumi səfərbərlik və bir neçə istiqamətdə yenidən hücuma cəhd edə bilər. Bunu PLATFORM4.NEWS -a şərhində Ukraynada yaşayan həmyerlimiz  “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov deyib. “Ruslar bütün səylərini Ukraynanın Donbassdakı qoşunlarını mühasirəyə almağa yönəldib.  İşğalçılar ORDLO (“LXR”-“DXR”) tərəfdən irəliləməyə…

Ukraynada həlak olan həmvətənimiz Azərbaycana təxliyə edilib

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı – 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər. Bu barədə…

Zelenski tələblərini açıqladı

Ukrayna prezident Vladimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpasını hakimiyyətin əsas vəzifəsi adlandırıb. O, bunu “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların sammitində deyib. Zelenski bildirib ki, Rusiya 24 fevrala qədərki sərhədlərə qayıtmalıdır və Krımı qaytarmalıdır. Dövlət başçısı tərəflər arasındakı danışıqların müsbət nəticə verə biləcəyini şübhə altına alıb. O, həmçinin, müharibədən sonra Ukraynanın bərpası üçün…

Daha bir Avropa ölkəsi turistlərlə bağlı qadağaları ləğv etdi

Xorvatiya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar daha əvvəl ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Xorvatiya Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Artıq heç bir test tələbi olmadan, pandemiyadan əvvəlki dövrdə olduğu kimi ölkəyə girişə icazə verilir. Qeyd edək ki, aprelin ortalarından Xorvatiyada epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar koronavirusa görə tətbiq edilən qadağaların çoxu…

Lvov, Dnepr və Kiyevdə partlayışlar olub

Mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib. Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib. Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub. Həmçinin Kiyevin sağ sahilində də partlayışlar eşidilib. Sonradan məlum olub ki, Ukraynanın hava hücumundan…

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

BMT müharibə zamanı Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd olunub. Məlumatda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı 3000-dən çox mülki şəxsin həlak olduğu deyilir. “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc…