İsrail Bəşər Əsəd və İran bazalarını vurdu

İsrail qırıcıları Livan hava sahəsindən istifadə etməklə Suriyanın paytaxtı Dəməşq çevrəsində bəzi hədəfləri zərbələr endirib. İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kişvah dağlarında yerləşən Bəşər Əsəd qüvvələrinin və İran meyilli milislərin bazalarını vurub. Suriya hava hücumundan müdafiə sistemləri hava hücumuna qarşılıq versə də, Dəməşqdə partlayış səsləri eşidilib. Təl-Əviv hava hücumuna dair açıqlama yaymayıb.

Bu ölkələr xəritədən silinəcək: Dəniz bir anda udacaq

İqlim dəyişikliklikləri hesabatı bir sıra ölkələrin xəritələrdən silinmə təhlükəsi altında olduğunu üzə çıxarıb. Həmin hesabata görə, Cənubi Sakit okean ölkəsi Tuvalu xəritədən silinə bilər. Solomon və Marşal adaları kimi dəniz səviyyəsinə yaxın digər arxipelaqların da su altında qalma riski var. “Qlobal istiləşmənin təsirləri və gələcəyinin dərin təhlili” adlı hesabat BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli…

Ərdoğan: “Lazım gələrsə, “Taliban”la görüşəcəyik”

“Lazım gələrsə, ən önəmli məqsədimiz olan sabitlik və təhlükəsizlik naminə “Taliban” hökumətilə görüşüb ortaq mövzularımızı müzakirə edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. Prezident Amerikanın Əfqanıstandan çəkilməsindən sonra, bu ölkədə müxtəlif təşəbbüsün göstərilməsi ilə bağlı Türkiyə tərəfindən danışıqlar aparıldığını vurğulayıb: “Ancaq “Taliban” ölkəni demək olar ki, bütünlükdə nəzarətə…

Qazaxıstan və Rusiya arasında gərginlik

Qazaxıstan hakimiyyətini bu ölkədə yaşayan etnik ruslar və rus dilinə qarşı ayrı-seçkilik etməkdə ittiham edən hüquqşünas Ermek Tayçibekov 7 il azadlıqdan məhrum olunub. Almatı məhkəməsində hakim qarşısına çıxarılan hüquq müdafiəçisi cəzasını sərt rejimli koloniyada çəkəcək. O, ölkədə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib. Tayçibekov və ailə üzvləri məhkəmənin qərarına etiraz edib. Hüquq müdafiəçisinin cəzalandırılmasına ötən il…

Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir

Ümummilli lider Heydər Əliyev: Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Müəllim müqəddəsdir, bütün…

Qəbələdə şəhidin ailəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı təqdim edilib

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif edilmiş Qəbələ rayonu Əmirvan kənd sakini polkovnik-leytenant Abdurəhmanov Əfqan Ağasəf oğlunun ailəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı təqdim edilməsi ilə bağlı Qəbələ Mədəniyyət Mərkəzində tədbir keçirilib. Rezonans.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının,…

Azərbaycan diaspor nümayəndələri Qarabağda səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycandakı diaspor nümayəndələrindən ibarət ikinci qrup artıq Qarabağda, Şuşa şəhərində səfərdədir. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni – Azərbaycanla Türkiyəni bir-birinə sıx tellərlə…

Qəbələdə kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub

Qəbələdə kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub Cari ildə Qəbələ rayon əkinçiləri tərəfindən 386 hektar sahədə tərəvəz əkilib. Rezonans.az xəbər verir ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 282 hektar tərəvəz sahəsindən 2386.2 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 84.6 sentner təşkil edir.…

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin…